Bir neçə il keçəcək, bu qızcığaz böyüyüb qadın olacaq.
Həyatdan çox şey istəməyəcək, öz yükünü heç vaxt başqasına qıymayacaq, ələ salınan, rişxənd edilən dərdini, kədərini, ümid və arzularını heç kimlə bölüşməyəcək.
Hətta bu adi jestlərindən onun çox yorulduğu bilinirdi, zəif təbəssümü və zarafatı içindəki əzab və yaraları gizlədə bilmirdi. Dodağı gülsə də, məğlubiyyət və aldanmış ümidlərin acısını hiss etmək olurdu.