Əlbəttə ki, var! Bu şəhər gözəl insanlarla doludur. Mümkündür ki, kimsə səni görməsin, bu, onun bir az fikirli olmağındandır, biganəliyindən deyil. Hamının yanında kimsə var.
Sadəcə onu görmək lazımdır. Biz də kiminsə yanındayıq!
-Bizdə deyərdilər ki, ananın bətnində olan uşaq hər şeyi eşidir, ananın ruhi vəziyyətindən təsirlənir. Hamilə qadınların qidası belə uşağın şəxsiyyətinin, fiziki və mənəvi keyfiyyətlərinin formalaşmasına təsir edir. Ananın eşitdiyi və dediyi sözlər belə uşaqda təsirsiz ötüşmür...
Bütün ümidlər üzüləndə, bütün qapılar bağlanan- da bir qapının daim açıq olduğunu hiss edirik. O qapı haradadır, bilmirik. Ancaq anlayırıq ki, nə qədər ki sa- ğıq, heç vaxt bütün qapılar üzümüzə tam bağlanmır. Həmişə açıq olan bir qapı vardır. Biz - bağlı qapıları aç- maq üçün inadlaşmağa adət etmiş insanlar, yalnız son anda diqqətimizi o açıq qapıya yönəldirik. O qapı in- dimi açıldı? Yox, o qapı həmişə açıq olub, sadəcə, onu biz indi görmüşük. Sən indiyə qədər harada idin? Nǝyǝ görə bu qədər laqeyd və diqqətsiz idin? İlahi, bizi qəbul et! Səndən gəlmişik, son dönüş də yalnız Sənədir.