"Hayat özünü tapmaqdan ibarət deyil, həyat özünü yarat maqdan ibarətdir."
Bernard Şou
Əfsanələrə görə qədim zamanlarda "iksir" adlanan sehrli içki var imiş. Bu içkini içən insan həddindən artıq qüvvətli, İstənilən çətinliyin öhdəsindən gələn şəxsə çevrilirmiş. Bas bir gün biri desə ki, sən də bu iksirə sahibsən, onda na edərsən? Əminəm ki, buna çox sevinərsən. Bu xəbərə kim sevinməz ki? Gəl indi sənə bir sirr verim. Bu iksira, həqiqətən də, sahibsən. Bundan istifadə et və öz həyatının qəhrəmanına çevril. Bu iksirin harada olduğunu bilmək İstəyirsən? Sehirli iksir əlində tutduğun bu kitabdır. Keçmiş zamanların qəhrəmanları öz iksirlərini içirdilər, ancaq sənin sahib olduğun iksir içməklə deyil, oxumaqla öz təsirini göstərir. Sən də həyat iksirinlə tanış ol. İnanıram ki, həyatını özünə layiq tərzdə yaşayacaqsan. Səni yaradan səni sevdiyi üçün yaratdı. Çünki O, həyata yeni nəfəs gətirəcəyinə inanırdı