Bu ilk oxuduğum bir dərgi oldu. Dərginin bu buraxılışının ilk 10 səhifəsində Jim Carrey haqqında məlumat verilir. Daha sonrakı səhifələrdə isə müxtəlif - Kafka, Yusuf Atılgan (Anayurt Oteli), Orhan Veli, Freud və s. məlumatlar verilir. Amma dərginin bəzi hissələri çox sıxıcı idi, ən çox da sevgi ilə bağlı yazılanları zorla oxudum. Amma yuxarıda qeyd etdiyim kimi, Kafka, Orhan Veli və Anayurt Oteli barədə verilən məlumatları sevərək oxudum. Dərginin bu buraxılışını oxuyanlar olacaqsa, onlara tövsiyəm, Anayurt Oteli kitabını və eyniadlı filmini izləsinlər.