Finlandiyada təhsil, yemək, ekskursiyalar, məktəbə aid hər şey pulsuzdur. Əgər şagird məktəbdən 2 km uzaqda yaşayırsa, məktəb avtobusu onu dərsə pulsuz aparıb-gətirir. Hər şey dövlət tərəfindən ödənilir. Büdcənin 10%-dan çoxu təhsilə ayrılır. VII sinifə qədər qiymətləndirmə şifahidir. Öz qiymətini ancaq məktəbli bilir. Bu onu dostları arasında əskilməkdən qurtarır.
Fin məktəblərində parta arxasında əyləşmək məcburiyyəti yoxdur. Dərs vaxtı kreslo, divanda əyləşmək mümkündür. Fin müəllimlərinin fikrinə əsasən, uşaqlar istirahət etməli, valideynləri ilə vaxt keçirməlidirlər. Bu səbəbdən ev tapşırıqları çox az verilir və onu həll etmək üçün cüzi vaxt lazım olur. Fin məktəblərində hər 45 dəqiqədən bir 15 dəqiqə fasilə (tənəffüs) verilir. Finlandiyada valideynlər evə yaxın məktəbi seçirlər. Bu ölkədə elit məktəb anlayışı yoxdur. Bütün tədris ocaqlarının səviyyəsi eynidir. Təhsil sistemində birinci hədəf uşaqlara məktəbi sevdirməkdir, bunun üçün pulsuz yemək, dondurmalar verilir, oyunlar, yürüşlər təşkil olunur.