Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elçin Quluzadə

Elçin Quluzadə
@kaos
Tu vas me détruire J'aurais pu le prédire Dès le premier jour Dès la première nuit
Şehiriçi Ulaşım (Toplu Taşımacılık) uzmanı
Bakü
Lenkeran
91 okur puanı
Kasım 2016 tarihinde katıldı
Alçaldılmış cəsədimin tamamilə yanıb kül olmasına heyfim də gəlmirdi. Həyatdakı kimi sadə bir varlıq olmaq istəyirdim. Heç nədən qorxmaq istəmirdim.
Sayfa 65
Reklam
Çürüyüb gedən böyrümü, Oranı deşib keçən gülləni düşünürəm. Əvvəl soyuq bir dəyənək kimi idi. Bir anda içimi dağıdan od parçasına döndü. O güllənin o biri böyrümdən çıxmasını, O deşikdən isti qanımın axmasını düşünürəm. O gülləni atan silahı, Sopsoyuq tətiyi, Onu çəkən isti barmağı, Məni nişan alan gözü, "Atəş!" əmrini verən adamın gözlərini düşünürəm. Onların üzünü görmək istəyirəm. Onlar yatarkən gözlərinin üstündə dolaşmaq istəyirəm. Qəfildən yuxularına girmək istəyirəm. Onların alınlarının və göz qapaqlarının üstündə səhərə qədər var-gəl etmək istəyirəm - qan çanağına dönən gözlərimi yuxularında görənə qədər. Eyni sözləri təkrar edən səsimi eşidənə qədər: "Mənə niyə güllə atdınız? Məni niyə öldürdünüz?"
Sayfa 61
Kaş bir an içində dərin yuxuya gedə biləydim. Kaş indi qaranlıq şüurumun dərinliklərinə dala biləydim. Kaş öz yuxularımda gizlənə biləydim. Heç olmasa öz xatirələrimə dönə biləydim.
Sayfa 58

Okur Takip Önerileri

Tümünü Gör
Bir-birimizlə danışa bilməsək də, hiss edirdik ki, var gücümüzlə bir-birimizi düşünməyə can atırıq. Axırda, deyəsən, vaz keçib uzaqlaşdı. Mən yenə tək qaldım.
Sayfa 53
Zaman, məkan dəyişir. Ancaq hadisələr davam edir
Bacım ölmüşdü. Məndən qabaq ölmüşdü. Dilsiz, ağızsız ah-nalə çəkmək istədim, göz yaşlarımın əvəzinə qan və çirkin axdığını hiss elədim.
Sayfa 55
Reklam
Kaş bir an içində dərin yuxuya gedə biləydim. Kaş indi qaranlıq şüurumun dərinliklərinə dala biləydim. Kaş öz yuxularımda gizlənə biləydim. Heç olmasa öz xatirələrimə dönə biləydim.
Sayfa 58
ölümü də xasiyyəti kimi olmuşdu, necə yaşamışdısa, elə də səssiz-sədasız köçmüşdü dünyadan.
Sayfa 28
Ruh bədənin yanında görən nə qədər qalır? Ruh qanad çalıb şamın işığını titrətmir ki?
Sayfa 49
Doğrudan da, bu gün burada qalanların hamısı öləcək?
Sayfa 33
Əhmədin çöhrəsini dəfələrlə gözünün qabağına gətirəcəkdi. Daha sonra onun cizgiləri zehnindən elə silinəcəkdi ki, onun varlığının, münasibətlərinin, görüşlərinin və ayrılıqlarının gerçəkliyinə şübhə edəcəkdi. Zehnində onun şəklini çəkməyə, sonra da bu şəkildən xilas olmağa çalışacaqdı. Hər dəfə dan yeri söküləndə xatirində yalnız bir şəkil qalacaqdı. Bu, Əhmədin universitet jurnalında çap olunmuş şəkli idi. Bu şəkildə onu tanıyandan bəri heç vaxt sezmədiyi bir şey görəcəkdi: Əhmədin gözləri şəkildə çəpəki düşmüşdü. Nəhayət, London bu baxışlardakı qəribəliyi, etibarsızlığı anlayacaqdı.
Sayfa 108
Reklam
Atalar deyir ki, bilmək baş ağrısıdı, bilməmək can rahatlığı..
Sayfa 86
Həyat ondan ötrü gecə və gündüz kimi iki hissəyə bölünürdü: bizim yaşadıqlarımız və içimizdə yaşananlar
Sayfa 63
İnsanın ən böyük məziyyəti susmaqdır. Susanda digərlərinə yaxşı qulaq asa bilirsən. Körpəsi böyüyüb ardınca da Salim və Məhəmməd dünyaya gələndən sonra Maya yeni bir şey kəşf edəcəkdi. Yuxuya gedib yatacaq və heç nə onu yuxuda narahat etməyəcəkdi. Yuxunun susmaqdan daha böyük bir nemət olduğunu anlayacaqdı. Çünki yatanda başqalarının danışığını da eşitməyəcəkdi. Nə özü nə bir başqası danışacaqdı.
Sayfa 62
Abdulla
Ey mehriban və cazibədar stüardessa, bu saxta təbəssümünə görə sənə ürəyim yanır. Mənim saxta gülüş və təbəssümlərdən acığım gəlir. Həyat yoldaşım Maya isə- ey mehriban stüardessa- toy günü nə güldü, nə də təbəssüm etdi.
Sayfa 60
Mən də həyatımın qaranlığını aydınladan bir nur tapmışdım; mehriban və güclü bir nur. Görəsən, sevgi deyilən şey bu idi? Allahın ruzisi
Sayfa 58
668 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.