Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Elçin Quluzadə

Elçin Quluzadə
@kaos
Tu vas me détruire J'aurais pu le prédire Dès le premier jour Dès la première nuit
Şehiriçi Ulaşım (Toplu Taşımacılık) uzmanı
Bakü
Lenkeran
91 okur puanı
Kasım 2016 tarihinde katıldı
244 syf.
·
Puan vermedi
·
6 günde okudu
Hər zaman bir insanın pul və şöhrətdə uğur qazanmasını içimizdəki Egoya görə ilk düşündüyü sual bu olur ki, onlar niyə bacarırlar biz bacara bilmirik?! Kitab da elə bu sualın cavabı axtarışındadır. Idmanda, musiqidə, biznesdə və s. bizim dilimizlə desək uğur qazanmış insanların həyatından misal çəkərək, statistika ilə heç də bunu uğur adlandırılmaması gerəkdiyini göstərir. Necə mi? Əslində insan dünyaya gələrkən doğulduğun yerim hətta günün, ilin önəmi olduğunu göstərir. Amma bununla da bitmir. Sadəcə doğru zamanda doğru yerdə olmağı deyil, çox çalışmağın da önəmini anladır. Elə düşünməyin ki, bu boş hava verən bir özünüinkişaf kitabıdır. Məsələn plastinkaları və konsertləri ilə milyonlar qazanan Beatles nümunə çəkir. Beatlesin heç yoxdan yaranmadığını, Hamburqa getdiyi ildə 270 gecə ifa ediblər.10000 saat çalışırlar. Bu da onu göstərir ki, istədiyin şeyə vaxt ayırsan, həmin sayədə uğurlu ola bilərsən sözlərini tətbiq edərək, çox sayıda mahnı parçaları öyrənib, çox sayıda parçanın Cover versiyalarını çalışmış, çox sayıda praktika keçiblər, və beləliklə bütün dövrlərin unudulmaz ən yaxşı rok qruplarından biri ola bilmişdir. Fərqli çoxlu nümunələr göstərmək olar. Ancaq oxuyub qeydlər aparmaqla hər şey belə asanlıqla bitmir. İşin kilid nöqtəsi odur ki, ümumi ətrafda olanlara quş baxışı analiz edib, halhazırda perspektivli özünüzü tapdığınız bir sahə seçməyini və üzərinizdə çalışmağınızdır..
Outliers
OutliersMalcolm Gladwell · MediaCat Yayınları · 20228,1bin okunma
Reklam
424 syf.
10/10 puan verdi
·
Beğendi
·
20 günde okudu
Kitab bolşevik üsyanından bəhs edir. Romandakı hadisələr o vaxtlar Rusiyanın tərkibində olan Ukraynada baş verir. Qızıl ordunun sıralarına qoşulub, vətəndaş müharibəsində iştirak edən müəllif yaralanıb, sağlamlığı çalışmağa imkan vermədikdən sonra, özünü ədəbiyyata vermiş və başına gəlmiş hadisələri qələmə almışdır və bu roman belə ortaya çıxmışdır. Romanın baş qəhrəmanı kimi Nikolay Ostorovski də 15 yaşında inqilab ilə tanış olmuşdu. Ikisi də şöhrət,rütbəyə önəm vermədən, ideya uğrunda mübarizə aparmışdı. Düzdür bu inqliab, fəhlə partiyası, bolşevik kimi sözlər artıq işlənmir, tarixin tozlu rəflərinə qalxıb. Ancaq mənə bu romanı sevdirən cəhət; insanın bir amal uğruna yorulmadan, hər yıxılmadan təzdən ayağa qalxıb, mübarizə aparmasıdır. Həyatda sona qədər mübarizə aparan əzmkar insanların romanını mütləq oxuyun. Əzmkar deyilisiniz də oxuyun, bəlkə bu roman sizə düşünməyə köməkçi olacaq və yaşamaq üçün bir amal, hədəf tapmış olarsınız. Paylaşımı bu cümlələrlə bitirmək istəyirəm. '' Insan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən o günlər üçün sonra əzab çəkib, heyfislənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı üçün utanmayasan. Yaşamağa tələsmək lazımdır. ''
Polad Necə Bərkidi
Polad Necə BərkidiNikolay Ostrovski · Kitab Klubu Nəşriyyatı · 2018677 okunma