"Oxuduqca uşaqlığımı xatırlayırdım. O qədər uzaq idi ki, yuxu kimi gəlirdi. Qırıntılar şəklində, əvvəlini xatırlamaq istəyəndə ucu gəlməyən, sonrasını düşünəndə də nəticə verməyən. Ancaq qırıq anlar. O anlarda da nə hiss etdiyim, nə elədiyim bulanıq idi. Amma ucundan-qırağından sevincli olduğumu sezə bilirdim."