Kitab qoxusu

9/10
·568 syf.··
Beğendi
·
2025 7. kitabı
·
6 günde okudu
·
Okunma: 13 Temmuz 2025 16:38
Çox gözəl, möhtəşəm bir əsəri bitirdim. Macəra dolu, sevgi dolu, qisas dolu gözəl bir roman idi. Başlayan zaman tərəddüd edirdim, uzun olmağı məni qorxudurdu amma inanın heç bircə dəfə belə sııxlmadım oxuyan zaman. O qədər gözəl, maraqlı və axıcı idi ki necə bitdiyini anlaya bilmədim. Mütləq oxunmalı olan bir kitabdır. Tövsiyə ediləcək kitablar siyahısına daxil edildi. Xoş mütaliələr.
1000Kitap
Qraf Monte Kristo (II kitab)Alexandre Dumas · Teas Press · 037,2bin okunma
Reklam
10/10
·376 syf.··
Beğendi
·
2025 3. kitabı
·
3 günde okudu
·
Okunma: 05 Mart 2025 18:06
Göz yaşlarımı səhifələrində gizlətdiyim gözəl bir kitab daha bitdi. Qəlbimin dərinliklərinə toxunan, oxumaqdan çox böyük zövq aldığım, bitirmək istəməsəmdə əlimdən yerə qoya bilmədiyim bir əsər oldu. Mənim üçün unudulmazlar kitablardan birisən artıq Çalıquşu... Not: Sən heç vaxt Fəridənin sevgisinə layiq olmadın Kamran. Sənə nifrət edirəm!
ÇalıquşuReşat Nuri Güntekin · Bakı, Şərq-Qərb Nəşriyyatı · 2006123,4bin okunma
9/10
·200 syf.··
Beğendi
·
2025 1. kitabı
·
4 saatte okudu
·
Okunma: 01 Ocak 2025 14:43
Yeni ilin ilk kitabını göz yaşları içində oxuduğum :( O qədər dərin mənaları özündə əks etdirən bir əsərdir ki sözlərlə ifadə etmək çətindir. O kiçik qəlblərin böyük dünyaları insanı dərindən düşündürür. Kitaba başlayan zaman bu qədər məni dərindən sarsacağı ağlıma gəlməzdi. Mütləq oxuyun və oxutdurun. Xoş mütaliələr.
1000Kitap
Pal Sokağı ÇocuklarıFerenc Molnar · Kapra Yayıncılık · 202336,2bin okunma
9/10
·340 syf.··
Beğendi
·
2024 10. kitabı
·
11 günde okudu
·
Okunma: 14 Ekim 2024 15:52
Bəzən kitablar oxunmaq üçün özləri bizi seçir. Bu dəfə belə oldu, bu kitab məni özü seçdi və böyük bir zövqlə oxudum. O qədər maraqlı və axıcı bir kitabdır ki insan kitabı əlindən yerə qoymaq istəmir. Tövsiyə ediləcək kitablar siyahısına daxil edildi. Xoş mütaliələr.
1000Kitap
Xanım Pereqrinin Qəribə Uşaqlar ÜçünRansom Riggs · 3 Alma · 20187,2bin okunma
Oxumasaz da olar!
2/10
·88 syf.··
2024 8. kitabı
·
30 saatte okudu
·
Okunma: 15 Ağustos 2024 21:44
Qələmini çox sevdiyim bir yazıçıdan heç gözləmədiyim tərzdə bir kitab. İlk başdan oxuyan zaman insanlar və onlar arasında olan münasibətlərdən, duyğulardan bəhs olunurdu, daxildə yaşanan duyğu fırtınaları əks edilirdi. Son hissəsini oxuyanda elə bil şok yaşadım ki "mən nə oxuyuram?" deyə donub qaldım. Normalda spoiler olmasın deyə kitabların incələmələrini sonradan oxuyuram amma bu kitabı oxuyandan sonra kaş əvvəldən baxardım dedim :( Sonuncu hissəsini beynimdən silmək istəyirəm :( Spoiler : Oğlan tələbisinə qarşı məhəbbət duyan bir kişi professorun və tələbənin qarmaşıq duyğularından danışır kitab. Son hissədə hətta dodaqların birləşməsi belə təsvir edilib :( Qətiyyən oxumayın və uşaqlardan uzaq tutun!
1000Kitap
Karmaşık DuygularStefan Zweig · Kapra Yayıncılık · 202013,1bin okunma
Reklam