Çox gözəl, möhtəşəm bir əsəri bitirdim. Macəra dolu, sevgi dolu, qisas dolu gözəl bir roman idi. Başlayan zaman tərəddüd edirdim, uzun olmağı məni qorxudurdu amma inanın heç bircə dəfə belə sııxlmadım oxuyan zaman. O qədər gözəl, maraqlı və axıcı idi ki necə bitdiyini anlaya bilmədim. Mütləq oxunmalı olan bir kitabdır.
Tövsiyə ediləcək kitablar siyahısına daxil edildi.
Xoş mütaliələr.
Göz yaşlarımı səhifələrində gizlətdiyim gözəl bir kitab daha bitdi. Qəlbimin dərinliklərinə toxunan, oxumaqdan çox böyük zövq aldığım, bitirmək istəməsəmdə əlimdən yerə qoya bilmədiyim bir əsər oldu. Mənim üçün unudulmazlar kitablardan birisən artıq Çalıquşu...
Not: Sən heç vaxt Fəridənin sevgisinə layiq olmadın Kamran. Sənə nifrət edirəm!
ÇalıquşuReşat Nuri Güntekin · Bakı, Şərq-Qərb Nəşriyyatı · 2006123,2bin okunma