Biz öz xoşbəxtliyimizlə nə qədər güclüyüksə, o da oz bədbəxtliyiylə o qədər zəifdir..
Əgər indi qaranlıq küçələrdə tək-tənha gəzib-dolaşan o bədbəxt adam o qızın ona necə qahmar durduğunu, ərinin öpüşlərə qərq etdiyi üzündən axan göz yaşlarını görsəydi,əlini gecənin dərin qaranlığına uzadıb qişqırmaqdan özünü saxlaya bilməzdi...
-Yox, miss Manett, çox çalışmışam, mənasızdır...Artıq bilirəm ki, mən ləyaqətsiz adamam. Fəqət istəyirəm biləsiz; yəqin ki, bu da zəifliyin təzahürüdür. Hər necə olsa da, çox istəyirəm ruhuma hakim kəsildiyinizdən xəbəriniz olsun: siz yanıb bir qalaq külə çevrilmiş varlığımı alovlandıra bilmisiz, amma çox gecdir, alov o külü közərdir, işıqlandırır, yandırıb tonqala çevirə bilmir, çünki yanası bir şey qalmayıb.....