Ömrün sonuna doğru getdikcə elə təsəvvür yaranır ki, dövrə vurmaqla bir səfərə çıxmısan: yolun sonu başlanğıcla üst-üstə düşür, sona yetməkdə olan həyat həm də get- gedə öz ilkin başlanğıcına qayıdır: sonra keçiləcək yolun asanlaşması üçün bir növ elə bil hazırlıq görülür. Bəzi yatmış xatirələr var ki, indi yadıma düşəndə qəlbim titrəyir, məsələn, öz gənc və gözəl anamı xatırlayıram, o vaxtı xatırlayıram ki, dünya adlandırdığımız bu aləmi öz həqiqi reallığında görə bilmirdim, səhvlərim və nöqsanlarım isə daşlaşıb həyat normasına çevrilməmişdi...