Başqalarına ən çətin anlarda dönə- dönə məsləhətlər verməyi bacarırıq. Ancaq özümüz ən adi həyat epizodunda belə çaş- baş qalırıq... Qarşımıza ciddi çətinliklər çıxanda isə, sadəcə, döyüşsüz təslim edirik özümüzü...
Bəzən bütün ümidlərini itirəndə belə nəyə görəsə insanlar baharın gəlişini gözləyir, havanın isinməsiylə, ağacların yarpaqlanmasi, ətrafın yamyaşıla boyanması, gül- çiçəyə bürünməsi ilə təsəlli tapırlar. Sanki günəş öz şəfəqləriylə təbiəti canlandırdığı kimi, insanın ölmüş duyğuların da yenidən oyadır, canlandırır.