“1984” romanı dünya ədəbiyyatının ən çox tərcümə olunan və ən çox oxunan əsərlərindən biridir. 100-ə yaxın dilə çevrilmiş bu romanda totalitarizmin dəhşətləri və diktaturanın insan həyatını məhv edən qansızlıqları böyük ustalıqla təsvir olunub. Əsəri oxuyan hər kəs onun ilk cümləsindən sonuncusunadək gərginlik içində qalır və kitabı əlindən yerə qoymaq istəmir. İnsanı tilsimləyən səbəblərdən biri də odur ki, 74 il əvvəl yazılan əsəri oxuduqca müasir dünyanın ayrı-ayrı guşələrində hələ də bu məşhur antiutopiya romanında təsvir edilmiş cəmiyyətə oxşayan quruluşların olduğunu görürük. Müəllifin təqdim etdiyi cəmiyyətin əsas şüarları bunlardır: Müharibə – sülhdür! Azadlıq – köləlikdir! Cəhalət – qüvvədir! Yalan – həqiqətdir! Məhəbbət – ölümdür! Bəs “qaranlığın olmadığı yerdə” görüşməyə ümid edən, daha işıqlı gələcəyin mövcudluğuna inanan Uinston Smit və onun sevgilisi Culiya bu istəklərinə çatacaqmı? Daim onlara “baxan” Böyük Qardaşın baxışlarından gizlənə, onları fasiləsiz izləyən teleekrandan yayına, tiranın həmişə başlarının üstündə olan dəmir pəncəsindən qurtula biləcəklərmi?...
Author:
George Orwell
George Orwell
Estimated Reading Time: 10 hrs. 32 min.Page Number: 372Publication Date: 2023First Publication Date: 5 March 1938Publisher: Teas Press NəşriyyatıOriginal Title: Nineteen Eighty-Four
ISBN: 9789952563009Country: AzerbaijanLanguage: Azerice

Comments and Reviews

See All
372 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 7 days
Böyük Qardaş sənə baxır!
"Azadlıq-Köləlikdir, Müharibə-Sülhdür, Cəhalət-qüvvədir" Corc Oruellin bu məşhur kitabı bizə qaranlıq bir dünyanı izah edir. Antiutopiya və ya distopiya dediyimiz janrın ən yaxşı nümunələrindən biridir. Eyni zamanda jurnalist olan Oruell kommunizm, sosializm, faşizm kimi ideologiyaları sağlığında çox yaxşı müşahidə edib bu cəlbedici və düşündürücü əsəri yaradıb. Kitabın bu qədər tarixi infrastruktura sahib olması əsəri eyni zamanda həm realist, həm də bir o qədər qorxunc edir. Bu gün biz də kitabdakı tükürpərdici siyasətin oxşarını görürük. Oxuyarkən insanı qorxudan, kədərləndirən, düşündürən və ən əsası sorğuladan bu kitab mükəmməl dərinliyə sahibdir.
1984
1984George Orwell · Teas Press Nəşriyyatı · 2023167.7k okunma
Reklam
372 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 32 days
İllüziyalı Reallıq
(Qeyd: Spoyler!) “Kitab yazmaq ikinci dərəcəli işdir. Mən faşizmə qarşı vuruşmağa gəlmişəm!” deyən yazıçının “1984” romanı (370 səhifə) amerikan dərgisi olan “Newsweek”in 2010-cı ildəki “Dünyanın on ən mühüm kitabı” siyahısında “Hərb və sülh” epopeyasından sonra ikinci yeri tutmuşdur. Totalitarizmə hüdudsuz nifrətdən yoğrulmuş bu əsər əsl qiyam
1984
1984George Orwell · Teas Press Nəşriyyatı · 2023167.7k okunma
372 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 16 days
"...İki pəzəvəng nəzarətçi qollarından yapışmaq üçün ona yaxınlaşdılar. Sifəti kəllə sümüyünə bənzəyən adam özünü döşəməyə atıb əllərinin ikisi ilə də skamyanın dəmir ayaqlığından yapışdı. Daha heç bir söz demirdi, sadəcə, heyvan kimi ulayır, bağırırdı. Nəzarətçilər onun ayaqlarından yapışdılar, dartıb skamyadan aralamaq istədilər. Skelet-adam heyrətamiz qüvvə ilə müqavimət göstərirdi. Dartışma iyirmi saniyəyə qədər çəkdi. Məhbuslar ǝllərini dizlərinin üstünə qoyub səssiz-səmirsiz oturmuşdular. Hamı düz qarşısına baxırdı. Daha bağırtı səsi eşidilmirdi. Skelet-adam bütün diqqətini skamyanın ayağından mümkün qədər bərk yapışmağa vermişdi. Amma birdən tamam başqa səs eşidildi. Bu, skelet-adamın nəzarətçinin nallı çəkmələrinin altında qırılan barmaqlarının xırçıltısı idi. Onu ayaqlarından dartıb kameradan bayıra sürüdülər. -101-ci otağa! - zabit dördüncü dəfə əmrini təkrarladı..."
1984
1984George Orwell · Teas Press Nəşriyyatı · 2023167.7k okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.