Müşfiq Abbasov – “Mənfi 4”
Günlərin birində İnstagramda kitab səhifələrinə baxırdım, təsadüfən bir yazıçı qarşıma çıxdı. Deməli, yazıçı özü müstəntiqdir. 2017-ci ildən aktiv yaradıcılıq fəaliyyətinə başlayıb və mətbuatda çoxsaylı məqalələrlə çıxış edib. Satışda üç kitabı var və mən bu üçünü də aldım. İlk kitabı olan “Mənfi 4” kiçik həcmdədir, üz qapağı və dizaynı maraqlı olduğu üçün diqqətimi çəkdi. Elə ilk kitabı olduğuna görə də əsərlərini oxumağa məhz bu kitabdan başladım.
Kitab özü maraqlıdır, tez oxunan, axıcı bir əsərdir. Serial kimi – oxuduqca ardınca gedirsən və səni sıxmır. Ümumiyyətlə, yaxşı yazılmış kitablar insanın gözünün önündə canlanır, amma bu kitabda bu hiss daha güclü idi. Hadisələr sanki sənin gözünün önündə baş verir, sən də bir tərəfdə dayanıb izləyirsən.
Dedektiv janrında yazılan əsərlərin çoxunda olduğu kimi, bu kitabda da bir detektiv var - müstəntiq Yusif Axundov. Kitab imkanlı bir şəxsin amansız qətlindən bəhs edir. Əsər oxucuya “görəsən cinayətkar kimdir?” sualını verir və sən də hadisələri müstəntiqin gözü ilə izləyirsən.
Ümumiyyətlə, kitab sürətli, axıcı və maraqlı bir detektiv əsərdir. Xüsusilə kiçik həcmli və tez oxunan detektiv kitabları sevənlər üçün uyğundur. Kitab insanı yormur, hadisələr yersiz uzadılmır və hər şey aydın, konkret və maraqlı şəkildə yazılıb. Yəni müstəntiq hara gedirsə, sən də onunla birlikdə gedib cinayəti araşdırırsan.
Kitab maraqlıdır, amma mənə görə “Vauu” effekti vermədi. Çünki bəzi detektivlərdə cinayətkar sona qədər gizli qalır, gözlənilməz bir nəticə çıxır və sən tam şok olursan. Amma bu kitabda bir müddət sonra cinayətkarın kim olduğunu təxmin etmək olur. Ola bilər ki, mən çox detektiv oxuduğuma görə hadisələrin gedişatını qabaqcadan hiss elədim. Amma cinayətin necə baş verdiyi məni