Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

A Yorumları ve İncelemeleri

A yorumları ve incelemelerini, A kitabı hakkındaki okur görüşlerini , A puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

7.710 üzerinden
576 Kişi · 52 İnceleme
235 syf.
6/10 puan verdi
·
12 günde okudu
Bu kitabı oktyabrda rəfiqəmin tövsiyəsi ilə oxumuşdum, nə yalan deyim o qədər də sevmədim, məncə yazarın reklamı və sevənləri çoxdur deyə kitabları da bir o qədər sevilir, süjet xəttini bəyənməsəm də, “altından xətt çəkiləsi” cümlələr çox idi, müəllifin fikirləri müasir dövrün ən aktual məsələləri ilə üst-üstə düşürdü, kaş onun kitabında təsvir etdiyi həyat realda da eynilə elə olsaydı: özbaşınalıqlar, alçaldılmalar və cinayətlərdən uzaq…
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,593 okunma
235 syf.
·
Puan vermedi
·
4 günde okudu
Spoiler!!!
"Həyatımız hər gün qısalır. Hər ürək döyüntüsü ölümə doğru atılan addımın səsidir." A romanı reper
Qaraqan
Qaraqan
'nın ilk əsəridir. Dəqiq bilmirəm amma deyəsən əsəri 18 yaşında yazıb. Və bu yaşda belə bir əsər yazmaq inanılmazdır.
Qaraqan
Qaraqan
'ın bütün replerini çox sevərək və düzənli olaraq dinləyirəm. Bütün replerini sevirəm amma
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,593 okunma
Reklam
235 syf.
6/10 puan verdi
·
10 günde okudu
Evakuasiyanı 6-7 il öncə oxumuşdum, bədii kitablarla ilk tanışlığım ərəfəsinə təvafüq etmişdi. Bəyənmişdim, mənə ideal bir kitab kimi gəlmişdi. Uşaq düşüncəsi... İndi illər sonra Qaraqan oxudum və çox ibtidai gəldi. Həm cümlələr... Həm hekayə... Təsdiqlədiyim və yersiz qəbul etdiyim fikirlər var idi. Hekayə özünü oxutdurur, filmi də çəkilsə yaxşı alınar. Amma məncə məktəblilər oxumasın, çünki beyinlərini yuya bilər, savadsızlıq yolunu tutaraq, qanunsuzluğa meyil edərlər. Dünyanı, cəmiyyəti dəyişməyin yolu bu deyil. Əsər bir yerdə plagiat hissi yaratdı. Köhnə və müasir kitbaların, filmlərin mövzudur çünki. İllər öncə bəyəndim Evakuasiyanı, amma A romanında cümlələrin, düşüncələrin şablon və sadəliyini hiss etdim. Son olaraq ümumi nəticədə bəyənmədim. Sadəcə axıcılığa və süjet xəttinə görə 6 verdim.
A
A
Qaraqan
Qaraqan
1000Kitap
1000Kitap
kütüphanecileri sizden ricam, bu kitabın 2024 baskısını uygulamaya eklemeniz. Teşekkürler.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,593 okunma
63 syf.
8/10 puan verdi
Qaraqan
Qaraqan? HOST? uşaqlığımın ənn içtən xatirəsidir Qaraqan. Səhnəni tərk etsə belə, rep'ləri yaddaşımızda dərin iz qoydu. O sadəcə çox sevilən 'reper' idi. Gələk kitabına. Bu kitabı bir dəfə yarım saxlamışdım. Ilk səhifələrdə gözləntilərimin düşdüyünü hiss etdim və davam edə bilmədim. Indi isə oxuyub bitirdim. Ehh qaraqan bu sonluq məndə qarışıqlığa səbəb oldu. Qarışıq və qarışıq və yenə də qarışıq... Kitabda elə fikirlər oxudum ki, həqiqətən də çox bəyəndim. Əslində gənclərimizin nə istədiyini qaraqan çox gözəl anlamış və çarəsizlərə dəstəyini burda da göstərmişdi. Ama yenə də, əsərə qaraqanın kitabı kimi deyil sadəcə bilmədiyim şəxs kimi yanaşsam, bədii cəhətdən mənə xoş gəlmədi. Təbii ki fikirlərini də tərifləməsəm olmaz. QARAQAN. Onu çox tərifləmək istərdim. Ama kitaba ədalətli yanaşmalıyam.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,593 okunma
235 syf.
6/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
A-kitab təhlili
Deməli belə. Bir kitabında sonuna gəldik. Təbiki həm sevdiyim həm sevmədiyim hissələr var kitabda. Əvvəlcə sevmədiyimdən başlayaq) Məni ən çox əsəbləşdirən şey kitabda qadının alçaldılması,kişinin üstün göstərilməsi... təəssüf ki bu işlənmişdi... "qadınn kişiyə ehtiyacı var qadın gücsüzdü buna görə sevməyi normaldı bəs niyə kişilər bu gücsüz
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,593 okunma
·
Puan vermedi
Romanı oxuduğum zaman bir çox dəfə kitabı yarıda qoymaq istədim bunlardan biri Anar və Ayselin münasibəti idi. Axı Ayselin Anarın döydüyü və "cəzalandırdığı vahişələrdən heç bir fərqi yoxdur. Aysel də həmin fahişələr kimi pul üçün evli adamla münasibət də idi tək fərqi fahişələrin həyatında bağlılığ olmur hərşey bir günlük olur Anar fahişələrə göstərdiyi münasibəti Ayselə də göstərməli idi . Kitabı yarıda qoymaq istəməyimin bir digər səbəbi Anarın valideynlərinə olan münasibəti idi düzdür biz yuvadan ayrılıb öz həyatımızı qurmalıyıq səhvlər edib həyatı yaşamalıyıq biz ömür boyu valideynlərimizə bağlı yaşamalı deyilik axı bu təbiətin qanunudur bəzi " valideynlər" uşaqlara mən səni böyütmüşəm ki sən mənə qocalanda dayağ dur mənə bax kimi sözlər deyirlər bunlar dırnaq içərisində valideyndir. Anarın valideynləri də çox mükəmməl deyildi. Amma uşağı üçün həqiqətən narahat olan bir ana və oğlunun ona daha dünən tanıdığı bir fahişə tipli qıza dəyər verdiyi qədər dəyər verməməsi və bunun çox düzgün bir şeymiş kimi gənclərə göstərilməsi mənə çox səhv gəldi. Kitabda gənclərə yaxşı örnəklərdən çox pis örnəklər verilirdi. Hətta tək yaxşı örnək mənə görə bu idi : Gənclərin birlik olub yeniliklər etməsi.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,593 okunma
Reklam
235 syf.
7/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Boşluq
Qaraqanın replərini illər idi ki,dinləyirəm.Ama yazdığı kitabları oxumağım onun özünü və replərini anlamağın üçün daha çox köməy etti.Bəli Qaraqan.Azarbaycanda böyüyüb boya, başa çatmış azərbaycanli bir şəxsiyyət.Hər özünü dərk edən,özünü tanımağa baslayan bir azərbaycanlı gənci kimi onun da Ölkəsi,milləti ilə bağlı öz narazılıqları,iradları var idi.Bunlarıda yazdiğı kitabında əks ettirdı.Artıq 2-ci kitabıdır ki,oxuyuram.İlk oxuduğum kitabı "Mələk"idi. Çox bəyənmişdim ama "A"da isə sevdiyim və sevmədiyim hissələr var.Sevmədiyim yalnızca bir hissə var.O da Anarla Ayselin sevgisi.Mənə çox süni gəldi.Bir-birlərinə məktub göndərmələri nəbilim Ayselin ona bir anda güvənib onunla birgə qaçmağı və s.Tez bir zamanda insan bir-birini belə sevə bilməz. Ama bəlkə də kitab az səhifəlikdir deyə Elxan nəticəyə daha tez çatmaq istəmiş də ola bilər. Sevdiyim hisslərə isə daha çoxdur. Məsələn ; gənclərin haqsızlıqlara qarşı birgə savaşmağı,ədalətisziklərə qarşı çıxmağı,birlik olmağı və s. Anlaya bilmədiyim hisslərdə oldu ama onları da təkrar oxuyub anlamağa çalışacam. Sonda bunu deyim ki,bu kitab 2007-ci il də nəşr olunub.Bu gün isə 2023 Və hələ də dəyişən heçnə yoxdu.Eyni vəziyyətdəyik.Eyni problemlər,eyni ədalətsizliklər və daha nələr-nələr..Bu ölkə həmişə eyni çirkabda və bataqliğda qalacaq.Dəyişən heçnə yoxdu. Çoxusu qayıtmağını istəyir ama onun getməyinə haqq verirəm ,qayitmamağina da haqq verirəm. Qayıtma..!
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,593 okunma
235 syf.
4/10 puan verdi
·
9 günde okudu
Hər nə qədər Qaraqanın fikirlərini bəyənsəm də bu kitabı bəyənmədim. Təəsüf ki Qaraqan bu kitabda bir şeylər izah etmək istəyib ancaq fikrini tam olaraq çatdıra bilməyib. Kitabın bədii hissəsi çox zəifdir. Hətta kitab tamamilə kobud dillə yazılıb desəm yanılmaram. Deyəsən Qaraqan bu kitabda Hostun ideologiyasından gələcəkdəki görəcəyi işlərdən bəhs edir. Kitabda bəzi fikirləri bəyəndim ancaq bir çoxu qarışıq gəldi. Bəzi fikirlər isə həddindən artıq absurd. Kitabın axırlarında hətta Anar adlı xarakterin şizofren olduğunu belə düşündüm. Kitabda bəzi problemləri çözmək üçün Hostun ideologiyasının metodlarından danışır. Mənə görə bu metodlar problemi kökündən təmizləməz sadəcə üzdən problemi həll edə bilər. Bir digər nüans isə A adlı birinin gözəgörünməz qəhrəman olması mənə Qaraqanın indi heç bir yerdə gözə görünmədiyini xatırlatdı. :)
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,593 okunma
61 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.