Çox bəyənilən bir kitab idi oxucular tərəfindən təəssüf ki mən onlardan biri olmadım. Əslində niyə bu qədər çox bəyənilməsini də anlamadım. Tipik hekayələrdən biri idi. Bad boy- good girl, alpha erkek, daima qara rəngdə geyinən, yayda belə boots-dan vazkeçməyən oğlan, saçında ağ bow olan cello çalan, xərçənglə mübarizə aparan və sonunda həyatını itirən qız. Qəhrəmanlarımız məktəblidir. Eyni mövzuda o qədər çox kitab, hekayə var ki. Kitabda yeni olan sadəcə -min öpücüklə dolu olan banka ideyası idi.
eyni sujet xəttinə malik bir kitab. Oxuduqca qıcıq olurdumAlpha erkeyimiz 5 yaşında qapı qonşusunda yaşıd olduğu qızla birgə bütün macəraları yaşayır, amma sahiblənmək artıq 8-9 yaşdan başlayır. Ya mənimsən ya qara torpağın söhbəti 12 yaşdan etibarən (daha tez də olmuş ola bilər tam xatırlamıram) gecələr gəlib qızın otağında yatır (wtf da yəni) Kitabdan zövq almaqda çox çətinlik çəkdim. İndilərdə məşhur olan bad boy-lar və onların belə sahiblənib sevgilərini sevən insanlar üçün daha uyğun kitabdır məncə.
İnsanın ruhekizini tapmaq üçün hansısa bir yaşda olmasına ehtiyac yoxdur təbii ki. Hansısa yaşda olan sevgini daha güclü, daha əsl sevgidir deyə bilmərik. Amma 18yaş altı insanların bu qədər onsuz ölərəm hallarını bir az anlamaqda çətinlik çəkirəm.
Qısacası (bu qədər uzun yazandan sonra) əgər bad boy, xəstə qız, hekayələrini sevirsiz, sizə təsir göstərirsə oxuyun, yoxsa vaxt itirməyə dəyməz.
Live long and prosper