İncədən spoiler var...
Orta məktəbdə qısa məzmununu, üçüncü kursda ümumi, indi isə tam mətnlə tanış oldum. Mir Cəlalın qələmi mənə olduqca doğma gəlir, süjeti, hadisələrin gedişatı sanki Mirzə Cəlilin şagirdinin 20-ci əsrdə yazdıqlarını oxuyurammış kimi təəssürat doğurur. Təbii ki, siyasi mətləblərdən uzaq olmağı yazıldığı dövr üçün mümkün deyildi. Bu siyasi görünüşü isə hazırda daha yaxşı anlaya bilirik, insan olduğu üçün yox, cibində bilet daşıdığı üçün özünü məsuliyyətə cəlb edir, quruluşun müsbət tərəflərini göstərməyə çalışarkən, dərinliklərini də görməyimizə fürsət yaradır. Siyasi mətləblərin yanında Verdiyev, Gəldiyev kimi obrazlar var ki, müasir dövrdə də onların inkişaf edib, aləmə daha dərindən, daha uzunömürlü yayılıdığını müşahidə edə bilərik. Bu insanlar, təəssüf ki, hər yerdə var, inkişaf üçün maneə olan, özünü inkişaf etdirməkdən isə bütünlüklə uzaq olan hər vəzifədə, hər yaşda qarşımıza çıxa bilirlər.
İkinci bir planda saf məhəbbətin tərənnümü var. Düzdür, Fatma xalanın düşüncələri bir qədər köhnəfikirlilik olsa da, gəlini üçün kitab, masa, qələm axtarmalı olduğu fikri ona qarşı müsbət fikir yaratmağı bacardı, onun gəlnini sevməsi, oxucunun da onu sevməsi ilə nəticələndi. Təbii ki, burada əsas planda Rübabə və Vahid durur. Onların saf və dərin məhəbbətlərinin keçdikləri yollarda necə üzü ağ çıxmağını, birlikdə yüksəlməyin təsvirini göstərdi.
Digər bir planda isə Ağca xanım obrazı vardı. Bu obraz məni böyük xəyal qırıqlığına uğratdı. Əslində obraz yox, müəllif,-desəm daha doğru olar. Keçmişin müasirliyin önündə diz çökməli olduğunu göstərməyindən əlavə Ağca obrazını İzzət həyatda olan vaxtda ana kimi görə bilmirik, nə də Azərbaycan qadınına yaraşacaq bir təsvirini oxuya bilmirik. Psixoloji olaraq təhlil etsək, bu hərəkətlərinə müəyyən bir çərçivədə