Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Namazın mənəvi məqamları

Adabus-Səlat

İmam Humeyni

Sözler ve Alıntılar

Tümünü Gör
Qəlb fitri olaraq nəyə meyl göstərir, məhəbbət bəsləyirsə, həmin sevilən şey onun diqqət obyekti olur. Əgər hər hansı bir iş məşuqun və sevilən camalın barəsində düşünməyə maneə olursa, qəlb həmin işdən ayrılan kimi və ya mövcud maneə aradan qalxdıqda yenidən öz məşuquna tərəf uçur və ona qovuşur. Mərifət əhli qüvvətli qəlbə, cazibə və məhəbbətə malik olsalar, hər aynada məşuqun camalını, hər bir varlıqda arzuladıqları kamalı müşahidə edər və deyərlər; "Hər nə gördümsə, Allahı da onda və onunla birlikdə gördüm." (Əmirəlmömindən (ə) nəql edilmişdir)
Şeytan Adəmi (ə) təhqir edərək alçaltdı və "Onu palçıqdan yaratmısan." deyib səhv və batil bir müqayisə apardı. O, Adəmin yaxşılığını, kamal və mənəviyyatını görmədi. Adəmin zahirini, yaradılış maddəsini və torpağını gördü. Beləcə, Şeytan özündə oddan yaradılmaq məqamını gördü, özünün xudbinlik şirkini yaddan çıxartdı. Onun özünü sevməsi öz naqisliyini görməsinə, öz eyiblərinə nəzər salmasına mane oldu.
Reklam
Mərifət əhli dünyada Allahı axtarar, bütün varlıqları Allahın, Onun camalının təzahürü sayar.
İmam Sadiq (ə.s) belə buyurur: "Namazda təkbir (Allahu əkbər) dedikdən sonra qəlbini O'na yönəlt. Çünki qəlbini Allaha yönəldəndə, O da sənə üz çevirər. Əgər sən üz döndərsən, Allah da səndən üz döndərər. Buna görə də bəzən bəndənin namazının yalnız kiçik bir qismi- üçdə biri və ya dörddə bir və ya altıda biri, yəni namaz qılanın Allaha üz tutduğu qədəri- dərgaha yüksələr. Allah qəflətdə olana bir şey verməz."
Sayfa 41 - 9cu fəsil: Hüzuri-qəlb barəsində hədislərKitabı okuyor
Təmizliyin 3 mərtəbəsi: 1. İlahi qaydalara riayət etmək və Allahın hökümlərinə tabeçilik. 2. Əxlaqi fəzilətlər və gözəl vərdişlərə yiyələnmək. 3. Qəlbin paklığı. (Yəni qəlb Allaha təslim edilməlidir)
İmam Rza (ə) dəstəmazda məxsus üzvlərin yuyulması səbəbini belə bəyan edir: -(Dəstəmaz) üz, 2 əl, baş və 2 ayaq vacib oldu. Çünki bəndə qüdrət sahibi olan Allahın hüzurunda (namazda) dayananda onun bədən üzvlərindən (həmin üzvlər) üzə çıxar və dəstəmazın vacib olduğu şey (üzvlər) zahir olar. Çünki o, üzü ilə səcdə və xüzu edər (özünü kiçildər), əli ilə istəyər, rəğbət göstərər və çəkinər, Haqqa ürək bağlayar, başı ilə rüku və səcdədə Allahın qarşısına çıxar, ayaqları ilə durar və oturar.
Reklam
Bütün ibadət və ayinlərdə ilahi mərifət, bütün təzahürlərdə Allahı axtarmaqdır. İnsan ibadətlərin ruh və batinini ilahi mərifət bilməli, onlarda öz məhbubunu axtarmalıdır ki, qəlbində sevmək və sevilmək telləri güclənsin, gizli, sirli qayğılar ona şamil olsun.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.