Sabaha farmakologiya dərsim var, oxunacaq 56 səhifəlik material. Sadəcə o da deyil, təbii ki. 60 səhifə patoloji anatomiya; 60 səhifə ümumi cərrahiyyə; digərlərini isə ümumiyyətlə, saymaq istəmirəm, düşüncəsi belə yorur. Və bütün bunlara rəğmən, indi burada bu şərhi yazma qərarına gəlmişəm. Çünki yazmasam, ağlımdakı digər yazılar kimi şüurumun dərinliklərində itib batacaq.
Öncəliklə, kitabın hələ ilk səhifələrindən etibarən film təəssüratı yaratması, hadisələrin ədəbilik qatılmadan, dümdüz nəql edilməsi məni təəccübləndirmədi. Müəllif rejissorluq fakültəsini bitirib, kitabın üstündə də bir rejissor kimi çalışıb. Güclü bir qələmi yoxdur yəni. Təbii ki, bu düşüncəyə gəlib çıxmağımda rol oynayan tək nüans bu deyil, başqa nüanslar da var. Bu yazımda onlardan bəhs etməyə çalışacağam.
Fikirlərimi tam çatdıra bilməsəm, vaxtınızı almağımdam dolayı üzrlü sayın. Baxmayaraq ki, professional şəkildə yazılmamış əsərləri nəşr etdirib oxucunun vaxtını alan "yazıçı"lar oxucularından üzr istəmir, mən belə bir ehtimala qarşı əvvəlcədən tədbirimi alım.
• Həvəskar yazıçıların əsərlərində hər zaman sezdiyim bir məqamı qeyd etməklə başlayıram : həddən çox, gərəksiz açıqlama. Məsələn, tutaq ki, valideyninizlə masa arxasında əyləşib nahar edirsiniz. Gündəlik etdiyiniz bir şeydir bu. Və hər gün birlikdə yemək yeməyinizə baxmayaraq valideyniniz birdən-birə bütün həyat hekayənizi adi bir dialoqda nəql etməyə başlayır. Sanki bunları onsuz da bilən sizə yox, hansısa auditoriyaya danışır. Sizcə də süni alınmır? Qeyd edim ki, bu sünilik sadəcə əsərlərə yox, filmlərə də xasdır. Belə yazıları oxuyanda ağlıma yeşilçam filmlərində kürəyini həmsöhbətinə çevirib pəncərəyə doğru gedən və üzü izləyiciyə tərəf danışmağa başlayan obrazlar gəlir. Təbiilikdən eyni dərəcədə uzaqdırlar.
• Həmçinin bəhs