Adagio Sözleri ve Alıntıları

Adagio sözleri ve alıntılarını, Adagio kitap alıntılarını, Adagio en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bütün fikirlərində tək bir rəng var idi... Boşluğun rəngi... Sanki, içində, ruhunda, ona əzablı görünən bu həyat tamamilə boşluq adlı cəhənnəmə çevrilmişdi. Çevrəsində olanlardan belə qaçırdı. Çünki içini sızıldadan həyatın özü bəzən ona çox maraqsız görünürdü.
Sayfa 27 - Bakı NəşriyyatıKitabı okudu
İnsanın nəyisə itirməsini, mehrini bağladığı birisinin yoxluğunun, əzablarının nə qədər acı olduğunu ona başa salmaqla yanaşı, həm də həyatın davam etdiyini demək istəyirdi. Ümidlərin öldüyü yerdə elə insanın özünün də canlı müqəvvaya çevrilməsinin itirdiklərinin qarşılığında heç nəyi ehtiva etmədiyini anlatmağa çalışırdı.
Sayfa 31 - Bakı NəşriyyatıKitabı okudu
Reklam
Ehtimal olunan sonum:
"Neçə illərdir həkim olmaq üçün oxudun, hədəfinə də çatdın. Sonra necə oldusa insanlardan bezib baytar oldun. Qorxuram bunu da atıb başqa xəyallara düşəcəksən."
Sayfa 24 - Bakı NəşriyyatıKitabı okudu
"Tək anladığım, içimi gəmirən duyğularımın sanki mənə xəyanət edəcəyindən qorxuram."
Sayfa 50 - Bakı NəşriyyatıKitabı okudu
"İnsan bəzi dəyərli məqamları zamana uduzur. Ya da bir sıra şeylərdə axmaqlığı ucbatından görməməzlikdən gəlir. Sonra da məlum nəticələrlə üzləşir və bəhanələr axtarmağa başlayır. Əslində əlacsızlıqdan edir bütün bunları. Bu yolla özünə təsəlli verir. Əvvəl-axır özü ilə hesablaşmalı olur. Ona görə də bəzi məqamları əldən buraxmaq olmaz. Sonra illərlə həyatın boyu hər saniyəni o məqamı düşünərək yaşayarsan və çox gec olar..."
Sayfa 138 - Bakı NəşriyyatıKitabı okudu
"Necə istəyirsən, elə o cür də yaşa, Mariya, necə ki, edirsən. İlk vaxtlar səni qınayıb, sonra da nifrət bəsləsəm də, çox-çox sonralar yersiz bir düşüncə olduğunu qavradım...Bəlkə də bütün bəşəriyyətin xisləti budur. Daimi bağlantı, daimi hisslər anlayışı yoxdur, əzizim. Gerçəkliyi görmürüksə, günah bizim özümüzdədir. Baxmaq kifayət etmir bəzən. Həyat bizdən bu gerçəklikləri görməyi də tələb edir."
Sayfa 35 - Bakı NəşriyyatıKitabı okudu
Reklam
"Bilirsiniz, mən də gəncliyimdə bu proseslərdən keçmişəm və bir şeyi çox dəqiq bilirəm ki, qadına olan münasibət maraqdırsa, ortada danışılacaq ciddi bir şey yoxdur..."
Sayfa 67 - Bakı NəşriyyatıKitabı okudu
Xətər yetirən heç bir varlığı həyatına daxil etmək kimi bir səhv etməyəcəkdi artıq. Səhvlər bir neçə il əvvəl onu qova-qova dağın ən uca zirvə nöqtəsindəki yerə və oradan da düz aşağı buraxıb alt-üst etmişdi. Ona heç kim və heç nə lazım deyildi. Yenidən həyatının sakitliyinin pozulması yeni fəlakətlərə və böhranlara yol verəcəkdi sanki. Qarşısında aciz qalacağı hadisələrə hazır deyildi. Çox yorulmuşdu. Sanki bütün ruhu ilə bədənində illərin yükünü daşıyırdı. Yeni bir yükün altına girmək, onun ağır və üzücü əzablarına qatlaşmaq, sonra da bütün olacaqlardan üzülmək ona çox ağır gəlirdi. Elə bu yükün altında qalmayacağına görə də heç bir zəmanət yox idi.
Sayfa 37 - Bakı NəşriyyatıKitabı okudu
"Bəzən insan hisslərinin aludəçisinə çevrildikcə kədər və dərd onu daha çox üzür. Çünki duyğularına hakim olmayıb sahib çıxa bilməyəndə bunun ağrı-acısı əməlli başlı əzaba çevrilir. "
Sayfa 57 - Bakı NəşriyyatıKitabı okudu