Aksedon seriyası

Aksedon: Akses

R.N.İrukin

About Aksedon: Akses

Aksedon: Akses subject, statistics, prices and more here.

About

Kiçik Akses kəndində ölümcül bir virus yayılır. Bu virus nəticəsində kənddə qəribə məxluqlar peyda olur. Lakin bu virusdan çox az adamın xəbəri var.  Virusun araşdırılması üçün jurnalist Steffordu və onunla bir bələdçini əraziyə yollayırlar. Ona bu təhlükəli səfərdə özü ilə bir nəfər seçməsi tapşırılır. Səfər boyu və səfərdən sonra yaranan sual və sirlər əsla onları rahat buraxmır...
Author:
R.N.İrukin
R.N.İrukin
Illustrator:
R.N.İrukin
R.N.İrukin
Estimated Reading Time: 7 hrs. 42 min.Page Number: 272Publication Date: July 2023Publisher: Pan Nəşriyyatı
ISBN: 9789952833195Country: AzerbaijanLanguage: Azerice
Reklam

Book Statistics

Reader Profile of the Book

Kadın% 47.6
Erkek% 52.4
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş

About the Author

R.N.İrukin
R.N.İrukinYazar · 0 books
Nəbiyev İlkin, yaxud bilinən adıyla R.N. İrukin (d. 4 noyabr 2007, Azərbaycan), "Aksedon" adlı seriyanın gənc yazıçısı. Həyatı İrukin 2007-ci il 4 noyabrda, Azərbaycanın Bakı şəhərində dünyaya göz açmışdır. İlk təhsilini burda alıb, hələ orta məktəbdə oxumağa davam edir. R.N. İrukinin atası Ramal N. avtomobil ustası olaraq işləyir. Orta varlıqlı bu ailədə 2010-cu ildə İrukin təxəllüslü İlkinin tək qardaşı Əhəd N. anadan olmuşdur.  İrukinin kitablara həvəsinin yaranması lap kiçik yaşlardan ona nağıl danışıb, bir sıra hekayələr oxuyan anası sayəsində olmuşdur. Öz təhsilini yarımçıq qoymuş, kitablara elə də həvəsi olmayan 'qəhrəman ana' öz oğlunda kitab oxuma həvəsini yarada bilmişdir. Beləcə birinci sinifə getməyə başlayan İrukin əlifbanı tam qavradıqdan sonra elə birinci sinifdə öz iradəsi ilə kitab mütaliə etməyə başlayır. Hər il özünü getdikcə inkişaf etdirən İrukinin ilk yazmaq cəhdi də ibtidai sinifdə baş tutmuşdur. İlk qısa hekayəsini bitirdikdən sonra müəyyən aralarla yenə yazmağa cəhd etsə də, sonlandırmağı bacarmamışdır. 2021-2023-cü illərdə öz inkişafının pik nöqtəsini yaşayan İrukin 2022-ci ilin martında ilk ciddi roman yazma cəhdini edir. Bu keşməkeşli yazma müddəti, nəhayət ki, 2023-cü ilin iyulunda, yəni 1 il 5 ay sonra sonlanmış, həmin ilin sentyabrında isə 100 tirajla "Pan" nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Gənc yazıçı R.N. İrukin illər sonra da daha özgünləşmiş üslubu ilə Azərbaycan Fantastik Ədəbiyyatına yeni-yeni əsərlər töhfə verməyi düşünür və çalışır.