Alnımızdandır Göy Üzü”nə daxil olan şeirlər əsasən, sevgi və məhəbbət mövzusundadır. Şairin, ümumilikdə, vətən, insanlıq və digər mövzularda həsr olunmuş bədii ədəbiyyat nümunələri var.
Bəlkə, göy yerə qarışır,
Bəlkə, yer qarışır göyə?!
Adamlar qaçıb gizlənir,
Balıqlar dırmaşır göyə?!…
Hava udmağa da qorxur,
Qorxur ki, boğular adam…
Bəs, görəsən, kimdi göydən,
Bu havamıza su qatan?!
Və islanır adamların,
Yenə üz-gözü, paltarı…
Tanrı yuyub göydən asıb,
Yenə də bulud paltarın.
Bəlkə, göy yerə qarışır,
Bəlkə, yer qarışır göyə?!
Adamlar qaçıb gizlənir,
Balıqlar dırmaşır göyə?!…
Hava udmağa da qorxur,
Qorxur ki, boğular adam…
Bəs, görəsən, kimdi göydən,
Bu havamıza su qatan?!
Və islanır adamların,
Yenə üz-gözü, paltarı…
Tanrı yuyub göydən asıb,
Yenə də bulud paltarın.