Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Alqış Sədaları Altında Ölüm

Çingiz Abdullayev

Alqış Sədaları Altında Ölüm Sözleri ve Alıntıları

Alqış Sədaları Altında Ölüm sözleri ve alıntılarını, Alqış Sədaları Altında Ölüm kitap alıntılarını, Alqış Sədaları Altında Ölüm en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Əgər yalan danışmağı öyrənmisinizsə, edəcəksiniz. Bu, yoluxucu xəstəlik kimidir. Yapışdısa, ǝl çəkən deyil. Heç bir dərman kömək edə bilməz.
Sayfa 214Kitabı okudu
Övladı öz atasına qarşı nifrət ruhunda tərbiyə etmək olmaz. O, yavaş-yavaş bütün dünyaya nifrət etməyə başlayır və bir də gördün qırıldı.
Sayfa 161Kitabı okudu
Reklam
Deyirlər ailədəki çətinliklər adamları bərkidir. Əslində isə çətinlik ailə cütlüklərinin daha tez ayrılmasına səbəb olur. Bu cür sınaqlara hamı dözmür.
Deyirlər ki, istənilən qadın həyatında olan ilk kişini bütün ömrü boyu yadında saxlayır. İdealda yəqin hər bir qadın elə yaranıb ki, onun bütün həyatı boyu yalnız bir kişisi olmalıdır. Bəzilərində bu alınır, bəzilərində yox.
-Elə danışırsınız ki, guya özünüz daha cavansınız, -Olqa Sigizmundovna kədərlə qeyd etdi, - 38 yaşında hələ hǝr şey qabaqdadır. Adama elə gəlir ki, həyat gözəldir. 40-dan sonra başa düşməyə başlayırsan ki, zamanın azalmaqdadır. Hüqonun "Şaqren dərisində” olduğu kimi.
Reklam
Ümumiyyətlə, əxlaqsızlıq insanda özünü gənc vaxtlarından göstərir.
Sayfa 128Kitabı okudu
-Sən hələ cavansan, - Dronqo əminliklə dedi, adamları bütün faktları öyrənmədən mühakimə etməyə çalışırsan. Adamlardan baş çıxarmaq lazımdır, çalış ki, elə ilk təəssürata görə də nəticə çıxarmayasan.
Sayfa 119Kitabı okudu
Bilirsən, bu cür bütün ömrü boyu inadkarcasına yuxarılara dırmaşan adamlar var. Nəhayət, uğur qazanırlar və adama elə gəlir ki, müəyyən bir zirvəni fəth etdiyinə görə sevinməli, şad olmalıdırlar. Ancaq onlar sevinmirlər. Onlar yalnız öz əzab və çətinliklərini xatırlayır, buna görə də bütün dünyaya və bu yolu daha asan və tez keçən adamlara nifrət edirlər.
Sayfa 103Kitabı okudu
- Bəlkə istəyirmişlər? Əgər qılıncı təsadüfən deyil, qəsdən dəyişiblərsə, necə? - Onu tamaşada qəsdən dəyişiblər, - Burdun qımışdı, -həyatda isə belə olmur. Şekspirdə hər şey bir qədər şişirdilmiş şəkildədir. Hisslər, obrazlar, məhəbbət, nifrət... Həyatda isə hər şey xeyli sadədir. Baxın, siz bilirsiniz ki, Lev Tolstoy onu o qədər də sevməyib? - Bilirəm. Ancaq bu, Şekspirin dəyərini azaltmır. - Mən də heç demirəm ki, Şekspir pis müəllifdir. Sadəcə olaraq, onda bütün hisslər şişirdilmiş şəkildədir. Əgər sevirsənsə, onda dəlicəsinə sevməlisən. Nifrət edirsənsə, olduqca dəhşətli şəkildə... Qısqanırsansa, Otello kimi olmalısan, əgər canisənsə, deməli, tamamilə məhv olmuş sonuncu əclafsan. Həyatda bu cür nadir hallar da olur. -Razıyam,- Dronqo gülümsədi, - amma bizim həyatımızda da əclaflara rast gəlinir.
Reklam
Ancaq Somerset Moyemin dediyi kimi,əzablar insanı daha da yaxşılaşdırıb, daha da saflaşdırmır, yalnız daha da kinli və xırdaçıl edərək daha da qeyzləndirir.
Bilirsən, bu cür bütün ömrü boyu inadkarcasına yuxarılara dırmaşan adamlar var. Nəhayət,uğur qazanırlar və adama elə gəlir ki,müəyyən bir zirvəni fəth etdiyinə görə sevinməli, şad olmalıdırlar. Ancaq onlar sevinmirlər. Onlar yalnız öz əzab və çətinliklərini xatırlayır, buna görə də bütün dünyaya və bu yolu daha asan və tez keçən adamlara nifrət edirlər.
Edəcəksiniz.Əgər yalan danışmağı öyrənmisinizsə,edəcəksiniz.Bu,yoluxucu xəstəlik kimidir.Yapışdısa,əl çəkən deyil.Heç bir dərman kömək edə bilməz.
Sayfa 214Kitabı okudu
Amma kim əvvəlcədən bilə bilər ki, öz atasına qarşı nifrətə məhkum edilmiş insanın qəlbində hansı şeytanlar dolaşır..
Bu barədə nə fikirləşirsən? - Dronqo maraqla soruşdu. - Əsl Şekspir teatrıdır, - Edqar tutqun halda cavab verdi. -Ömrümdə inanmazdım ki, həyatda da belə şeylər baş verər. Hərçənd yəgin elə buna görə də bütün dünyada Şekspirin tamaşalarına baxmağa gedirlər, o, əsl insani ehtiras və hissləri təsvir edir.
16 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.