Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Amanabənd

Cavid Ramazanov

Amanabənd Gönderileri

Amanabənd kitaplarını, Amanabənd sözleri ve alıntılarını, Amanabənd yazarlarını, Amanabənd yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Sonra il keçdi, heç nə baş vermədi. Sonra illər keçdi, yenə heç nə baş vermədi. Hər şey keçmişdə qaldı və xatirəyə çevrildi.
Hər dəfə bu qapını ürəyindəki cılız bir ümidlə açırdı,elə bilirdi, içəridə kimisə görəcək, amma qapıdan içəri girməsilə, amanabənd ümidlərinin çiliklənib boş evin içinə tökülməsi bir olurdu..
Reklam
Bəlkə şair olmaq elə budu? Bəlkə bu işıq həmişə ürəyimin başında yanacaq. Mayakların başında yanan, gəmilərə yol göstərən işıq kimi... Kaş indi Şəhlayla görüşüb şeiri ona göstərə biləydim. Kaş o da indi bu işığı görə biləydi... Şeir yaza bilməyim möcüzədi. Bilirdim! Bilirdim ki, məndə nəsə var!"
Sayfa 166Kitabı okudu
İndi İlyasın da bağından qopub gözdən uzaq, könüldən iraq bir küncə dığırlanması,üzərini toz basması və unudulması labüd idi..
Bəzən qədirbilməzlikdən xatirələri yolda salıb itirərsən, bəzən uzunömürlü birlik, əbədi vüsal nəşəni söndürər, bəzən sadəcə ayrılar və unudarsan. Səbəb hər nə olursa-olsun, sevgi çox vaxt öləziyər. oddan-alovdan geriyə ancaq gözlə görünməyən kül zərrələri qalar. Əksəriyyətin qismətinə düşən budur. Amma elə insanlar da var ki, sevgilerinə mübtəla olarlar və xatirələrini hədsiz qiymətli bir dəfinə kimi ürəklərinin ən gizlin guşəsində basdırarlar. Eşq onlarda sağalmaz bir zədə, dinmək bilməyən küt bir ağrı kimi qalar...
Sayfa 145Kitabı okudu
Geriyə boylanıb keçmişə baxanda ilk sevgidən çox az şey yadına düşər Ən tez söhbətləri unudarsan. Zəhmət çəkib yaddaşını qurcalasan. küncdə-bucaqda itmiş bəzi xatirələri tapıb təsəvvüründə canlandıra bilərsən, təbii. Bihuşedici qoxudan, işıq saçan gözlərdən, öpülməli dodaqlardan, məxsusi ədalardan, toxunuşlardan, oxşamalardan necə vəcdə gəldiyini xatırlayarsan. Bütün bunlar az deyil, əlbəttə, amma yenə də azdırlar. Həmin dövrdə coşub daşan hisslərinin müqabilində heç nədirlər..
Sayfa 145Kitabı okudu
Reklam
Təsəvvür eləyirsən, o boyda Sovet qurasan, milyonları müharibədə qurban verəsən, milyonları repressiyalarda qırasan, Sibirə sürgün eləyəsən, guya ki, kommunizm qurursan. Axırda da Karl Marks meydanında "Mcdonalds" restoranı açıla. Necədi səninçün? Bax, elə ona görə də, gələcək heç vaxt proqnozlaşdırılan kimi olmur..
Sayfa 126Kitabı okudu
Adamın ağlında gələcəklə bağlı həmişə müxtəlif fikirlər olur, amma gələcək həmişə nəsə fərqli cür gəlir, hər şey nəsə fərqli cür dəyişir..
Sayfa 126Kitabı okudu
Payızın gəlişi İlyasa həmişə vaxtın necə etibarsız olduğunu hiss etdirərdi. Sən zamanın heç keçmədiyini sandığın halda, o coşqun bir dağ çayı kimi sürətlə axıb getməyində idi..
16 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.