Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ana Ürəyi

Seymur Baycan

Ana Ürəyi Sözleri ve Alıntıları

Ana Ürəyi sözleri ve alıntılarını, Ana Ürəyi kitap alıntılarını, Ana Ürəyi en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Biz hər şeyə yaxşı, ya pis ad qoymuşuq. Bəs gecənin zülmətində bizi yuxudan oyadan kədərə nə ad verək?
İnsana ən böyük cəsarəti verəcək bir şey varsa, o da heç bir şey itirməyəcəyini anlamasıdır.
Reklam
Bu dünyada xoşbəxt adam yoxdur. Mən buna qəti əmin olmuşam. Sadəcə bəzi insanlar zahiri uğurla daxili aləmin böhranını bir araya sığışdırmağı bacarırlar.
İnsanın göz yaşlarını görməyənlər Allahın səsini eşidə bilməzlər.
Adam bəzən puça çıxmış arzularına, xəyallarına görə yaxın bir kəsin ölümündən də betər ağlayır..
Biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss edirik. Tənha adamlar da belədir. Başqalarının tənhalığını hiss edirlər.
Reklam
Mənim xəyal dünyamda heç kim heç kimi incitmirdi. Polislər rezin dəyənəklə gəzmirdilər. Onların əlində həmişə gül dəstəsi olurdu. Şıltaqlıq edən adamın kürəyinə gül dəstəsiylə yavaşca vururdular, bununla da həmin adam səhv etdiyini başa düşərək hamıdan üzr istəyirdi. Mənim xəyal dünyamda terror, uşaq qətlləri, tətillər, aclıq, edam cəzaları yoxdur. İnsanların ən böyük məqsədi yaxşılıq etməkdir.