Anam Sənə Əmanət

Kyung-Sook Shin

Anam Sənə Əmanət Posts

You can find Anam Sənə Əmanət books, Anam Sənə Əmanət quotes and quotes, Anam Sənə Əmanət authors, Anam Sənə Əmanət reviews and reviews on 1000Kitap.
256 syf.
10/10 puan verdi
·
Liked
Anam Sənə Əmanət
Bu kitab, o vaxt kitabların çox mənasız və vaxt itkisi olaraq düşündüyüm yaşlarımda ən yaxın dostum demiş olduğum bir insan tərəfindən hədiyyə edilmişdi. Bu mənim oxuduğum ilk kitab olduğu üçün həmdə mövzudan kənar həmişə ayrı bir xatirəsi var. Bu kitabı oxuduğum zaman Ana varlığını daha dərindən anladım. Ana obrazının həyatımızda yerini unutmaq qeyri-mümkündür. Amma bir acı gerçəklik də odur ki, Anamızın da bizim keçdiyimiz yollardan keçdiyini unuduruq. O da bizim kimi vaxtilə birinin övladı olub və bu dünyayı bizim kimi ilk dəfə yaşayır. Unuduruq ki, o obraz bizə əslində yaddır bizdə ona. Analar uşaqlarının hər yaşında onlar haqqında yeni birşeylər öyrənir və bəzən öz bildikləri doğruluqdan belə şaşırlar. Onlarda yeni birşeylər, yeni duyğular öyrənirlər ilk dəfə. Bu kitab da bunu çox yaxşı vurğulayıb və “ANA” obrazını sadəcə bizi dünyaya gətirən yox bir insan kimi düşünüb ona dəyər verib vermədiyimizi (versək belə bunu nə qədər etdiyimiz) sorğuladır.
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Qanun Nəşriyyatı · 2019283 okunma
Ömür nədir ki? Su kimi axır, illər bir göz qırpımında uçub gedir.
Sayfa 199Kitabı okudu
Reklam
Dünyada ən bədbəxt insan doğma evindən uzaqda öləndir...
Sayfa 191Kitabı okudu
Bir gün kilsəyə yollandım. Həyətində ayaq saxlayıb qollarında cansız oğlunu tutan Məryəm heykəlinin qabağında baş əydim. Dua edib möhkəm olmağı, depressiyadan çıxmağı, güc tapıb məyusluq hissi ilə mübarizə aparmağı diləyəcəkdim. Mənə rəhm etməsini istəyəcəkdim. Ancaq sonra fikrimdən daşındım. Düşündüm ki, qollarında ölü övlad tutan bir qadın mənimçün nə edə bilər?
Sayfa 188Kitabı okudu
Hiss edirdim ki, o gün yaxındır. Onda artıq heç kimi və heç nəyi tanıya bilməyəcəyəm. Şüurum birdəfəlik donacaq. Bax onda tamam aciz qalacam.
Sayfa 187Kitabı okudu
Ev qəribə şeydir, insanlarla münasibətlər həmişə öz axan ilə getmir. Yaxın bir insandan bəzən gülər üz görürsən, bəzən tikanlı söz eşidirsən. Amma ev başqa şeydir. İnsan nəfəsi dəyməsə, ən möhkəm, ən davamlı evlər belə dağılmağa, köhnəlməyə başlayır.
Sayfa 184Kitabı okudu
Reklam
Reklam
349 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.