Anam Sənə Əmanət

Kyung-Sook Shin

Anam Sənə Əmanət Reviews

You can find Anam Sənə Əmanət reviews, Anam Sənə Əmanət book reviews, Anam Sənə Əmanət ratings on 1000Kitap.

Score

8.5Out of 10
118 People · 24 Review
256 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 6 days
Anam...Anam sənə əmanət...
Kitabı düşünüb-düşünüb saatlarla ağlaya bilərəm.Mənə məlum olan,ancaq fərqinə varmadığım çox şeyi tapdım.Kitablar olub,bəzi yerində üzülürsən, bəzi yerində gülürsən.Ancaq mən bu kitabı hüznlə oxudum.Hansi ki,o hüzn mənə aramlıq qatırdı.Bu aramlıq buraxdığım səhvlərin nəticəsinin qarşıma qoyulmasından doğurdu.Çarəsizliyi,peşmanlığı iliklərinə qədər hiss edirsən.Gündəlik həyatımızda o qədər xırda hadisələr olur ki,onları göz ardı edirik.Vaxt gəlir onlar bizim ən böyük yaralarımızın açılmasına səbəb olur. Həqiqətən,biz bəzən ən böyük faktı unuduruq. Bu həyatda səni öz canından artıq ANAndan başqa kim istəyə bilər?Bunu dərk etsək,həyatımızı onu razı salmaqdan başqa heç nəyə sərf etmərik...
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Qanun Nəşriyyatı · 2019283 okunma
256 syf.
·
Not rated
Kitab bəlkədə tərcüməyə görə biraz mənə axıcı gəlmədi amma ümumiətlə mövzu olaraq çox bəyəndim. Kitabda ananın itkin düşdükdən sonra 4 övladı və yoldaşının keçirdikləri hisslər təsvir olunub. Ömrünü övladlarına, ailəsinə həsr edən ana itdikdən sonra onların analarına qarşı necə davrandıqlarını xatırlayırlar. Niyə sevdiyimiz insanlara hər gün onu sevdiyimizi deyə bilmirik? Yalnız itirdikdən sonra dəyərini anlayırıq. Ona sevdiyini bir daha deyə bilməmək çox pis hissdir. Hər səhifəni oxuduqca özümə çoxlu suallar verdim: "Görəsən mən anamı nə qədər tanıyıram?" "Anama yaxşı övlad ola bilmişəmmi?" "Anamı ürəkdən sevindirmişəmmi?" Anamın yoxluğunu fikirləşmək belə məni çox qorxudur. Bir yazı oxumuşdum: "Ve Anneniz karşınızda oturuyorsa, oturduğunuz yer tam olarak cennettir." Allah bütün analara sağlam və uzun ömür versin.
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Qanun Nəşriyyatı · 2019283 okunma
Reklam
·
Not rated
"Niyə mən heç vaxt fikirləşməmişəm ki, anam da insandır. Onun da xəyalları, arzuları var?" Anam sənə əmanət… Park Sonyo adlı, ailəsini sevən, çox gözəl qəlbli bir anadan bəhs edir. Buna baxmayaraq, o həyat yoldaşından çox da sevgi görməyən, hətta xəyanətə məruz qalan bir qadındır. Övladları belə böyüdükdən və valideynlərinin yanından
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Qanun Nəşriyyatı · 2019283 okunma
256 syf.
10/10 puan verdi
·
Liked
Anam Sənə Əmanət
Bu kitab, o vaxt kitabların çox mənasız və vaxt itkisi olaraq düşündüyüm yaşlarımda ən yaxın dostum demiş olduğum bir insan tərəfindən hədiyyə edilmişdi. Bu mənim oxuduğum ilk kitab olduğu üçün həmdə mövzudan kənar həmişə ayrı bir xatirəsi var. Bu kitabı oxuduğum zaman Ana varlığını daha dərindən anladım. Ana obrazının həyatımızda yerini unutmaq qeyri-mümkündür. Amma bir acı gerçəklik də odur ki, Anamızın da bizim keçdiyimiz yollardan keçdiyini unuduruq. O da bizim kimi vaxtilə birinin övladı olub və bu dünyayı bizim kimi ilk dəfə yaşayır. Unuduruq ki, o obraz bizə əslində yaddır bizdə ona. Analar uşaqlarının hər yaşında onlar haqqında yeni birşeylər öyrənir və bəzən öz bildikləri doğruluqdan belə şaşırlar. Onlarda yeni birşeylər, yeni duyğular öyrənirlər ilk dəfə. Bu kitab da bunu çox yaxşı vurğulayıb və “ANA” obrazını sadəcə bizi dünyaya gətirən yox bir insan kimi düşünüb ona dəyər verib vermədiyimizi (versək belə bunu nə qədər etdiyimiz) sorğuladır.
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Qanun Nəşriyyatı · 2019283 okunma
216 syf.
·
Not rated
canım anam
Salam. bu kitabi texminen 6 7 ay evvel oxumusdum.bugun bir daha oxudum.ömrümde ilk defe bir kitabı ikinci defe bitirib üçüncü defe oxumaq istedim.. ömrünü övladlarına ve erine qurban edib öz xesteliyi ile bele maraqlanmayan ananın itmesi ile baslayan hekaye insana cox boyuk ders verir.kitabın her cumlesinde "göresen men nece övladam" deye düşünürsen..cümle cümle insanın ruhuna işleyir kitab.."göresen anam bilirdi..ömrüm boyu ona ne qeder ehtiyacım oldugunu??" Göresen bilir mi???
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Yənbu · 0283 okunma
Reklam
24 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.