Anam Sənə Əmanət

Kyung-Sook Shin

Quotes

See All
Heç kime inanmadan yaşamaq olar? Bu dunyada yaxsılar pislerden coxdur...
Əslində, anam istədiyi hər şeyi edə bilərdim. O dərəcədə çətin işlər də deyildi axı.Mən niyə belə xırda şeylərə görə anamı incitmişəm, bilmirəm.
Sayfa 124Kitabı okudu
Reklam
Ömür nədir ki? Su kimi axır, illər bir göz qırpımında uçub gedir.
Sayfa 199Kitabı okudu
İnsan çox eqoist varlıqdır...
Ananı necə belə yalnız qoya biliblər? Bu kiçicik zaman daxilində sən ananı burada,anbarın yanında belə bir halda başqa birinin tərk edib getdiyini təsəvvür etməyə çalışdın.İnsan çox eqoist varlıqdır.Ananı tək qoyanlara çox qəzəbləndin.Amma onlardan birinin də elə özün olduğunu heç fikirləşmədin belə.
Sən mənim ilkimsən.Səninlə çox şeyi ilk dəfə gördüm.Mənə yaşatdığın hər şey ilk oldu.Bətnimə ilk düşən sən oldun.İlk əmzirdiyim də sənsən.Mən sənin yaşında olanda ana olmuşdum.Qıpqırmızı üzünü,yumulu gözlərini birinci dəfə görəndə..Hamı ilk uşağını görəndə çox həyəcanlandığını,çox sevindiyini deyir,amma mən kövrəlmişdim.”Bu uşaq,doğrudan,mənimkidir?Mən buna necə baxacam?”demişdim.Özümü itirmişdim,balaca barmaqlarına bilmirdim,necə toxunum.Barmaqlarını möhkəm sıxmışdın.Bir-bir onları aralayıb yumruğunu açanda üzümə gülmüşdün...Barmaqların o qədər balaca idi ki,elə bilirdim,əl dəyəndə itəcək.o vaxtlar heç nədən başım çıxmırdı.Ərə gedəndə 17 yaşım var idi,19-da hamilə qalmışdım.Barmaqlarının günü-gündən böyüdüyünü gördükcə sevincim yerə-göyə sığmırdı.Yorulan kimi tez yanına gəlib yumruğunu açar,ayaq barmaqlarına toxunardım.Belə elədikcə elə bil mənə güc gəlirdi.İlk dəfə sənə ayaqqabı geyindirəndə çox həyəcanlanmışdım.Hələ ilk addımlarını atıb üstümə gələndə elə sevinmişdim ki,o anda qabağıma yığın-yığın qır-qızıl,daş-qaş tökülsəydi,o qədər sevinməzdim.Səni ilk dəfə məktəbə yola salanda nə hisslər keçirdiyimi bilirsən?Günbəgün ayaqlarının möhkəmləndiyini gördükcə keçirdiyim fərəh hissini heç nəylə dəyişməzdim.Hər gün “Boy at,böyü,mənim balam”deyə mahnılar oxuyurdum sənə.Bir də gördüm ki,böyüyüb məni keçmisən.Hər gün ucaboy və güclü insan olması üçün dua etdiyim doğma balamın yekəlib məni də keçdiyini görəndə lap içimə qorxu düşmüşdü.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.