Anam Üçün

İlqar Kamil

Anam Üçün Gönderileri

Anam Üçün kitaplarını, Anam Üçün sözleri ve alıntılarını, Anam Üçün yazarlarını, Anam Üçün yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
İndi susmaq dəbə düşüb, əzizim, Susmaq dönüb qızıl olub, pul olub. sözün varsa, pulunu al, danışma, indi sükut qazanc üçün yol olub. Mənə qalsa... aman Allah, bu nədir?! Axx, gözəlim, "sükutuna" dən düşüb?! Daha bəsdir, sükutunla vidalaş, qoy dilinə çiçək düzək, gül düzək. Gecə düşüb, darıxıram yenə mən, tez bir ovuc cümlə götür, gəl bizə.
Sayfa 156 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Bir qəfəsdən digərinə
Qəfəsini istəyən yorğun göyərçin kimiyəm bu günlər; səma boyda azadlıq sıxır məni. Uzaqlardayam, uzaqlar boğur məni...
Sayfa 121 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Reklam
İnanclı insan üçün Allahsız adam naməhrəm sayılır, fərqi yoxdu, kişi olsun, ya qadın.
Sayfa 118 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
İlahi addımları, səmavi mətnləri qavramaq üçün intellekt, savad, dünyagörüşü bəs deyil, hikmət lazımdır, hikmət! Hikmət isə yalnız daxili paklıqla, nəfs üzərində qələbəylə, sədaqət və ibadətlə əldə olunan bir cövhərdir.
Sayfa 117 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
İnsanı ən çox gözləmədiyi zərbələr məhv edər.
Sayfa 108 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
İnsan bəzən yanıldığına sevindiyi kimi heç nəyə sevinməz.
Sayfa 108 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Reklam
Gözlənilməyən lütflərin xoşbəxtliyi qat-qat artıq olur.
Sayfa 107 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Bəlkə də, həyatın sonu bütün sirlərin üstü açıldığı zaman gələcək.
Sayfa 106 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Yaşıl işıq
Tanrı bütün həyat növlərini insanların qarşısına sərəydi, insanlar da hamısını bir-bir dadandan sonra hansısa birini seçəydilər, bəlkə, bu vaxt gözünü başqa həyatlardan çəkər, öz həyatını sevər, xoşbəxt olardılar.
Sayfa 105 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Gecələr görünən təkcə ulduzlar deyil, söndür nurbazlıq edən süni işıqları, yum gözlərini, çox şey görəcəksən - heç kəsin görə bimədiyi...
Sayfa 105 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
65 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.