Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Anam Üçün

İlqar Kamil

Anam Üçün Gönderileri

Anam Üçün kitaplarını, Anam Üçün sözleri ve alıntılarını, Anam Üçün yazarlarını, Anam Üçün yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
“Yəqin,bütün uşaqlar üçün ən əzablı işgəncə anasını ağlayan görməkdir…”
Sayfa 100 - Parlaq imzalarKitabı okudu
“İsti qarşılanacaqlarından əmin olsa,yəqin ki,bütün gedənlər qayıdardılar.”
Sayfa 78 - Parlaq imzalarKitabı okudu
Reklam
“İnsanı ən çox gözləmədiyi zərbələr məhv edər.”
Sayfa 108 - Parlaq imzalarKitabı okudu
Çəkən məsti-xumar olur, Tərkibi nədir bu qəmin?
Sayfa 68 - Parlaq imzalarKitabı okudu
Belə havada insan yalnız sevmək istəyir,belə havada gülmək də,əfv etmək də,barışmaq da asan olur. Bir də qucaqlamaq… belə havada qucaqlamaq keçir insanın qəlbindən,kimliyindən asılı olmayaraq,” Hey-deyə çağırıb,-mən səni sevirəm,çünki sən də mənim kimi insansan,darıxma hər şey yaxşı olacaq!”-demək və ən doğma adamını bağrına basırmış kimi qucaqlamaq…
Sayfa 45 - Parlaq imzalarKitabı okudu
Qəfəsini istəyən yorğun göyərçin kimiyəm bu günlərdə;səma boyda azadlıq sıxır məni. Uzaqlardayam, Uzaqlar boğur məni…
Sayfa 121 - Parlaq imzalarKitabı okudu
Reklam
196 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
İlqar Kamil: "Anam üçün"
Kitabı oxumayın ki... Söhbət edin onunla, həmdəminiz olsun. Ağlayın, gülün, üzülün, sevinin onunla. Çünki müəllifim insan psixologiyasının ən dərin qatlarına enib orada təhlillər aparmaq, obrazlarla yaşamaq, onları oxucuya sevdirmək işinə çox gözəl bələddir. Hər başlıqda xüsusi bir sevgi qatıb hekayəsinə yazıçım. Məsələn, yol haqqında elə cümlələr
Anam Üçün
Anam Üçünİlqar Kamil · Parlaq İmzalar · 202330 okunma
YOLUN SONU
Bir yol təsəvvür edin, elə bir yol ki, bələdçisi olsun, ata qayğısıyla əlinizdən tutsun, sizi azmağa, qorxmağa, büdrəməyə qoymasın; Bir yol təsəvvür edin, elə bir yol ki, sizin öz seçiminiz olsun, öz yolunuz olsun; Bir yol təsəvvür edin, elə bir yol ki, sizi hər şeydən, hər kəsdən ayırsa da, Allaha doğru aparsın...
Sayfa 191 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
...ikimizin yerinə edə biləcəyim ən rahat şeydir danışmaq, ikimizin yerinə susa da bilərəm, məsələn ikimizin yerinə ağrıya da bilərəm, mmm, ağlaya da bilərəm, amma sevmək... ikimizin yerinə sevə də bilərəmmi?
Sayfa 166 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
Qaçdı-tutdu
Mən olduğum şəhərdə günəş bəhanə etmirdi şüasının altında və işığının köməyi ilə edilən cinayətləri. Yenə də doğurdu, hər sabah doğurdu; qaya çəkilmirdi yerindən dalğalar bir müddət sinəsini döyəcləyib geri çəkildi deyə. Dikilirdi yerində, yerində dikilirdi...
Sayfa 157 - Bakı, Parlaq İmzalar Nəşriyyatı - 2023 / II nəşrKitabı okudu
65 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.