Aqibət duyğusu

Julian Barnes

Aqibət duyğusu Quotes

You can find Aqibət duyğusu quotes, Aqibət duyğusu book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Klassik ədəbiyyatda oxumuşduq ki, Məhəbbətlə İztirab ayrılmazdır, ona görə də biz bu yolda əzab çəkməyə hazır idik: təki üfüqdə lap ötəri, xəyali də olsa, bir Məhəbbət işığı görünəydi.
Sayfa 21 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Kor-koranə irəliləyir, axının səmtinə üzürük. Xatirə yükümüz də getdikcə ağırlaşır.
Reklam
O zaman bizə elə gəlirdi ki, hansısa çəpərin arasında qalıb çürüyürük; sərbəst buraxılacağımız anı həsrətlə gözləyirdik. Həmin an gələndə isə həyatımız - elə zamanın özü də - iti bir axınla irəli şütüyəcəkdi. Haradan biləydik ki, dünyaya gələn gündən biz nələrisə qazanmış, nələrisə də itirmişik artıq! Bundan başqa, əgər lap bizi həmin çəpərin arasından buraxsalar da, bu dəfə daha geniş, əvvəl-əvvəl çox da hiss olunmayan yeni bir çəpərin arasına düşəcəyik.
Sayfa 16 - TEAS Press Nəşriyyat EviKitabı okudu
İntihar..
"Nitşe deyir ki, intihar ciddi münasibətə layiq yeganə fəlsəfi problemdir."
Sayfa 20 - Teas PressKitabı okudu
"Tarix natamam yaddaşla sənəd-sübut qıtlığının üst-üstə düşdüyü məqamdakı əminlik duyğusu ilə yazılır."
Sayfa 23 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Tarix
Tarix sağ qalanların yaddaşıdır, onların çoxu nə qalibdir nədə məğlub….
Sayfa 67
Reklam
Onda hiylələr, eyhamlar, sətiraltı sataşmalar axtardımsa da, tapmadım. Hərçənd dürüstlüyün özü də bir hiylə ola bilərdi.
Sayfa 121 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Korona vaxtı hamını gözlərindən tanıyan mən :
Ancaq biz ilk baxışda gözlərə diqqət yetiririk axı, düzdürmü? Adamı gözlərindən tanıyıblar həmişə, elə indi də belədir.
Sayfa 84 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Məktəbdə müəllimlərimiz, evdə isə valideynlərimiz elə hey beynimizi deşirdilər ki, onlar özləri də bir vaxtlar gənc olublar, buna görə də nə danışdıqlarını yaxşı bilirlər. "Bu, sadəcə, ötəri bir mərhələdir, - deyib dururdular, - böyüyəcəksiniz, keçib-gedəcək; həyat sizə gerçəkliyin də, gerçəkçiliyin də nə olduğunu öyrədəcək". Ancaq onların nə vaxtsa bizim kimi olduqları o zamanlar heç cür beynimizə girmirdi, həyatı düzgün dərk etdiyimizə, həqiqəti, əxlaqı, incəsənəti isə onlardan - özünü cürbəcür güzəştlərlə ləkələmiş yaşlı nəsildən daha yaxşı anladığımıza inanırdıq.
Sayfa 18 - TEAS Press Nəşriyyat EviKitabı okudu
Belə görünürdü ki, o, hansısa ideallara inanır. Bu cəhət bizdə də vardı, amma biz sırf öz ideallarımıza inanmaq istəyirdik, kiminsə uydurmalarına yox.
Sayfa 14 - TEAS Press Nəşriyyat EviKitabı okudu
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.