Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Arıların Səssizliyi

Şərif Ağayar

Arıların Səssizliyi Gönderileri

Arıların Səssizliyi kitaplarını, Arıların Səssizliyi sözleri ve alıntılarını, Arıların Səssizliyi yazarlarını, Arıların Səssizliyi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Adamın içində al-əlvan işıqlar kimi titrəşən duyğuları necə də dəqiq görürdülər. Kitab oxuduqca hamı insan xarakterinin çoxluğuna, rəngarəngliyinə heyran qalırdısa, o, əksinə, fərqli zamanlarda - fərqli məkanlarda yaşayanların oxşarlığına şaşırırdı. Sevinc, kədər, ədalət duyğusu hər yerdə eyni idi. Əvvəl sanırdı ki, ədəbiyyat insanın bədbəxtliyi haqqındadır və işi-gücü dönüb-dönüb bu dəhşətli məntiqin üstünə basmaqdadır. Sonra kitabların həm də böyük təsəlli olduğunu anladı.
Sayfa 107Kitabı okudu
·
Puan vermedi
·
Beğendi
Kitabı açıb, 2 səhifə oxudum, sonra öz - özümə də gülümsündüm, həm sevinc idi bu, həm də bir az özümə qarşı hirsim tutmuşdu. Ki niyə bu günə qədər bu kitabı" sabah oxuyaram, sabah oxuyaram" - deyə saxlayırdım. Sevindim, ona görə ki bu qədər "yağlı" boya ilə dolu söz adamlarımız var. Düzü, bundan əvvəl də saytlarda yazarın bir neçə hekayəsini, başqa yazılarını oxumuşdum, amma "Arıların səssizliyi" kitabının ilk hekayəsi olan "Şəkil" qədər məni yazara bağlayan yazı qarşıma çıxmamışdı. Kitaba başlar-başlamaz, 2 səhifəsinə nəzər yetirib, onu təkrar - təkrar oxumaq, təkrar - təkrar yaşamaq hissi bürüdü məni. İlk hekayəni bitirəndən sonra isə gözüm hekayədə öz oğlunu gözləyən babanın zəif gözləriylə uzandığı uzaq çöllərə baxdığı kimi eyni yerə - eskolatorun dayanmadan düşüb - qalxan xətlərinə zilləndi. Ayılanda hekayəni bitirmişdim, həm də bu zəif gözlərlə.
Arıların Səssizliyi
Arıların SəssizliyiŞərif Ağayar · Qanun Nəşriyyatı · 20207 okunma