“Bakı tarixindən kollaj” əsəri Bakının tarix və etnoqrafiyasına özünəməxsus müəllif baxışını əks etdirir. Əsərdə Bakının şəhər kimi formalaşması, inkişaf etməsi, Bakı tarixində baş verən əhəmiyyətli iqtisadi-siyasi, demoqrafik hadisələr bir qədər ironik üslubda təsvir edilmişdir.
Tarixi həqiqətlərlə müəllif təxəyyülünün bir-birinə sarındığı bu kitaba Bakı haqqında sırf tarixi material kimi baxmaq məsləhət görülmür.
Bu Bakıdır, amma o Bakı deyil.