Baş Tutmamış Çevriliş

Adıgözəl Məmmədov

Baş Tutmamış Çevriliş Quotes

You can find Baş Tutmamış Çevriliş quotes, Baş Tutmamış Çevriliş book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
M.C.Bağırov başqa respublikaların rəhbərlərindən fərqli olaraq bu çağırışa cəsarətlə öz etirazını bildirərək bu sözləri demişdi: "Azərbaycan kişisinin alnında namus qırışığı var. Biz qadınları məcburi hərbi çağırışçı edə bilmərik". Stalin Bağırov hikkəsinin qarşısında güzəştə getməyə məcbur olur. Bağırovun bu iradəliliyi və cəsarəti tariximizin silinməz səhifəsidir.
N.Nərimanovun, V.İ.Leninə Stalindən şikayət əsaslı yazdığı məktubdan:
"İ.V.Stalinin tərəfindən edilən haqsızlığa və ədalətsizliyə qarşı mən öz etirazımı bildirirəm. İş o yerə çatıb ki, Stalin Azərbaycanlı kadrlara inanmır. Sizə yox, bəs kimə müraciət edim, yoldaş Lenin? Necə olur ki, öz əsərlərində xalqlar dostluğunu, beynəlmiləlçiliyi təbliğ edən bir adam millətçi olur, sabiq mouzeristlər beynəlmiləlçi? Çox qəribədir...".
Reklam
Bağırov N.Rzayevi görərkən deyir: "Sən elə bilirdin əlimdən qurtaracaqsan? Başa düşmürdün ki, L.Mirzoyan ingilis agenti kimi ifşa olunduqdan sonra növbə sənə çatacaq?" Rzayev isə cavabında: "Sizin təmiz kommunistliyinizə şübhə edirəm". Bağırov: "Mən kommunistliyimdən əvvəl Azərbaycanımın balasıyam" -- deyərək Novruz Rzayevi həbs etdirir.