Baş Tutmamış Çevriliş

Adıgözəl Məmmədov

Baş Tutmamış Çevriliş Posts

You can find Baş Tutmamış Çevriliş books, Baş Tutmamış Çevriliş quotes and quotes, Baş Tutmamış Çevriliş authors, Baş Tutmamış Çevriliş reviews and reviews on 1000Kitap.
275 syf.
10/10 puan verdi
·
Read in 22 days
"M.C.Bağırov/Baş Tutmamış çevriliş" kitabı Adıgözəl Məmmədovdan oxuduğum ilk kitabdır. Kitabı oxumağımdakı məqsəd M.C.Bağırov-H.Hüseynov münasibətlərini tam şəkildə anlamaq idi. Ancaq bu məsələyə gələnə kimi daha çox önəmli hadisələrlə tanış oldum. Azərbaycanın siyasi idarəsinin rəisi olan M.C.Bağırov şəxsiyyətini bir çox aspektdən tanıdım. Kitabda M.C.Bağırovun AKP MK-nin birinci katibi işlədiyi zaman Respublikadakı ictimai-siyasi vəziyyətdən, onun xalqını qoruma naminə apardığı siyasətdən (Kitabda M.C.Bağırov şəxsiyyətinə heyran qaldığım hissə onun Cənubi Azərbaycanla bağlı fikirləri və atdığı addımlar idi), L.Beriya ilə olan dostluq əlaqələrindən, M.C.Bağırovun Stalinə və Stalinin də Bağırova münasibətlərindən və bunun kimi olduqca önəmli məsələlərdən bəhs edilir. Kitab axıcı və dili rahatdır. Maraqla və sevərək oxuduğum kitab oldu.
Baş Tutmamış Çevriliş
Baş Tutmamış Çevriliş
Adıgözəl Məmmədov
Adıgözəl Məmmədov
Baş Tutmamış Çevriliş
Baş Tutmamış ÇevrilişAdıgözəl Məmmədov · El-ALliance Nəşriyyatı · 20071 okunma
M.C.Bağırov başqa respublikaların rəhbərlərindən fərqli olaraq bu çağırışa cəsarətlə öz etirazını bildirərək bu sözləri demişdi: "Azərbaycan kişisinin alnında namus qırışığı var. Biz qadınları məcburi hərbi çağırışçı edə bilmərik". Stalin Bağırov hikkəsinin qarşısında güzəştə getməyə məcbur olur. Bağırovun bu iradəliliyi və cəsarəti tariximizin silinməz səhifəsidir.
Reklam
Bağırov N.Rzayevi görərkən deyir: "Sən elə bilirdin əlimdən qurtaracaqsan? Başa düşmürdün ki, L.Mirzoyan ingilis agenti kimi ifşa olunduqdan sonra növbə sənə çatacaq?" Rzayev isə cavabında: "Sizin təmiz kommunistliyinizə şübhə edirəm". Bağırov: "Mən kommunistliyimdən əvvəl Azərbaycanımın balasıyam" -- deyərək Novruz Rzayevi həbs etdirir.
N.Nərimanovun, V.İ.Leninə Stalindən şikayət əsaslı yazdığı məktubdan:
"İ.V.Stalinin tərəfindən edilən haqsızlığa və ədalətsizliyə qarşı mən öz etirazımı bildirirəm. İş o yerə çatıb ki, Stalin Azərbaycanlı kadrlara inanmır. Sizə yox, bəs kimə müraciət edim, yoldaş Lenin? Necə olur ki, öz əsərlərində xalqlar dostluğunu, beynəlmiləlçiliyi təbliğ edən bir adam millətçi olur, sabiq mouzeristlər beynəlmiləlçi? Çox qəribədir...".