Bir At Bara Girer

David Grossman

Bir At Bara Girer Quotes

You can find Bir At Bara Girer quotes, Bir At Bara Girer book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Bu da məndən sənə nəsihət, haradasa qiymətli olmağın ən yaxşı üsulu orda olmamaqdır, başa düşdün?
"İndi anamın növbəsidir. Onun barəsində yaxşı şeylər düşünüm. Amma hazırda onun barədə ən yaxşı düşüncə nədir ? Ən çox nə kömək olardı ? Qəfildən onun barəsində düşünməkdən qorxuram. Bilmirəm, beynimdə rəngsizləşir. Mən nəyi səhv edirəm ? Onu geri qayıtmağa məcbur edirəm. O, gəlmək istəmir. Mən bərk yapışıram, onu hər iki əlimlə dartıram, o da beynimdə olmalıdır. Təkcə atam ola bilməz. " Təslim olma ! " qışqırıram ona. Təslim olma !"
Yay NəşriyyatıKitabı okudu
Reklam
Capernaum ?
"Mənim üçün ən yaxşısını istədiyini bildirən qadın, buna baxmayaraq məni dünyaya gətirib ! Dediyim odur ki, görün qətlə görə nə qədər məhkəmə, həbs, araşdırma və cinayətlər baş verir, amma mən heç doğuşla bağlı bircə belə hal da eşitməmişəm ! Nə qəsdən doğuş, nə səhlənkar doğuş, nə təsadüfi doğuş, nə doğuşa təşviq barədə bir şey yoxdur ! Özü də unutmayın ki, biz qurbanları yetkinlik yaşına çatmamış cinayətdən danışırıq ! - o, əllərini ağzının qarşısında elə yelləyir ki, elə bil, boğulur : - Burada hakim var ? Bəs hüquqşünas ?"
Yay NəşriyyatıKitabı okudu
Tespit deyirəm sizə.:d
"...ay camaat, siz münasibətinizin bir balaca qıcıqlandırıcı olduğunu düşünmürsünüz ? Məsələn, tutaq ki, israilli bir alim xərçəngə çarə tapıb, düzdür ? Bununla da tibb xərçəngi birdəfəlik yox edəcək. Sizi əmin edirəm ki, növbəti gün dünyadakı bütün insanlar ayağa qalxıb yüksək səslə danışacaq, etiraz edəcək, nümayişlər və səsvermələr keçirəcək, bütün Avropa qəzetlərində redaksiya məqalələri çıxacaq və bunların hamısında deyiləcək ki : "Yox, bir dəqiqə, axı niyə biz xərçəngə zərər verməliyik ? Əgər bunu etməliyiksə, onu dərhal yox etməyə həqiqətən ehtiyac varmı ? Biz əvvəla çalışıb razılıq əldə edə bilmərik ? Niyə birbaşa gücə əl ataq ? Niyə özümüzü onun yerinə qoymuruq və xərçəngin yaşadıqlarını onun perspektivindən görmürük ? Və unutmayaq ki, xərçəngin müsbət tərəfləri də var. Danılmaz faktdır ki, xəstələrin bir çoxu xərçənglə mübarizənin onları daha yaxşı insana çevirdiyini deyir. Bir də unutmamalısınız ki, xərçəng araşdır maları digər xəstəliklərin müalicələrinin inkişafına öncüllük edir - biz hər şeyə belə destruktiv tərzdə son qoyacağıq ? Tarix bizə heç nə öyrətməyib ? Biz qaranlıq dövrləri unutmuşuq ? Həm də ki, - onun üzü dalğın ifadə alır, – insanın hansı cəhətinə görə özünü xərçəng qarşısında daha üstün hesab edir və onu məhv etmək hüququ olduğunu düşünür ? "
Yay NəşriyyatıKitabı okudu
"Kaş biləydim. Özümü elə az anlayıram ki, illər keçdikcə daha az."
Yay NəşriyyatıKitabı okudu
"Sanki o gedən kimi yenidən yuxuya gedəcəm. Çox yatmayacağam, hər şey bitəndən və onlar hər şeyi unudandan və əvvəlki vəziyyətə qayıdandan sonra ayılacağam."
Yay NəşriyyatıKitabı okudu
Reklam
344 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.