Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Gəncin Manifesti

Mir Celal

En Eski Bir Gəncin Manifesti Sözleri ve Alıntıları

En Eski Bir Gəncin Manifesti sözleri ve alıntılarını, en eski Bir Gəncin Manifesti kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Baharın ölümü
-Ay ana! Cavab gəlmədi. Hər şey susurdu. Sükut və tənhalıq bərkiyir, güclənirdi. Yalnız çovğunlu boran yalquzaq kimi dişlərini ağardıb quduzcasına səslənirdi. Kimsəsiz uşağı məhv etmək üçün gələn amansız güllə kimi Baharın qəlbinə soxulurdu.
Baharın cırıq, köhnə papağı yolda, qar üstündə qaralırdı. O da sahibi kimi kimsəyə lazım deyildi...
Reklam
O, uğrunda mübarizə etdiyi insan üçün hətta ən zəruri, ibtidai arzular yolunda nələr çəkməli olduğunu, ən adi istəklərinin nə böyük qiymətə mal olacağını indi-indi anlamağa başlayırdı.
Onuncu fəsil-Kəndin harayında-Mərdan
Biz cəmiyyətdə istismarçıların hamısı ilə mübarizə aparırıq. Özü də tin dalından atıb vurmaqla yox: biz öz sinifdaşlarımızı ayıldırıq.
Onuncu fəsil-Kəndin harayında-Yəhya
Donmuş Bahar
On gün əvvəlki boranlar vaxtı konka yolunda donmuş bir uşağın meyidi tapılmışdır... Uşağın buzlar içində yatmış kimi görünən sifəti, göyərmiş dodaqları heç yadımdan çıxmaz. Heyif ki, yanımda aparat yox idi. Çəkib saxlardım... Ürək dözəsi şey deyildi!
Çünki onların yaşadığı zəmanədə insanları bir-birindən uzaqlaşmağa, bir-birinə düşmən olmağa öyrədir, canavar kimi göz-gözə yatmağa, fürsət tapdıqca bir-birini didməyə, parçalamağa alışdırırdılar. İnsan insandan qorxduğu kimi heç şeydən qorxmurdu.
Onuncu fəsil-Kəndin harayında
Reklam
Qoy islamdan - hicabdan danışan əmmaməli, fəsli cənablar, soyulmuş, talan olunmuş qadınları, yetim qalmış uşaqları görsünlər.
Onuncu fəsil-Kəndin harayında-Yəhya
Edam məhkumu
Onun məhkumluğu yox, möhkəmliyi hamını heyrətə salmışdı. Axund nə deyirdisə, o başı ilə yox işarəsi verirdi. Duyulana görə molla ondan kəlmeyi-şəhadət deməyi, "bu fani dünyaya ağzında dua ilə vida etməyi" tövsiyə edirdi. O isə razı deyildi. Dünyadan "kafir" getmək, mollanı da "günaha batırmaq" istəyirdi.
On üçüncü fəsil- Dəhşət
Oxuyun, öyrənin, yaradın. Xoşbəxt yaşayın! Belə günlərdə deyin, gülün! Heç bir qara qüvvə sizin bəxtəvər həyatınıza mane ola bilməyəcək.
On səkkizinci fəsil- Muştuluq
Bahar, sən indi haralardasan? Yəqin sən də məni unutmusan.
On doqquzuncu fəsil- Manifest
Reklam
Lakin mən daha ağlamayacağam.
On doqquzuncu fəsil- Manifest- Mərdan
Təhqir
Baharın böyük təqsiri var. Onun təqsiri kasıblıqdır, kasıblıq! Bu zamanədə kasıblıqdan böyük günah nədir? Canın çıxsın kasıb olma! Yıxıl öl, amma kasıb olma!
Göz yaşı romanı
Onun cırıq papağı qar üstündə qaralırdı. O da yiyəsi kimi kimsəyə lazım deyildi.
Sayfa 144Kitabı okudu
O, dünyaya ağlaya-ağlaya gəldi. Gözləyərək intizarla yaşadı. Sıxıla-sıxıla getdi. Qorxu ilə doğuldu, qüssə ilə öldü. Yumruğunu düyərək döyüşmək üçün gəldi,əllərini açaraq hər şeydən məhrum və məyus getdi. Heç vaxt görmədiyi mərhəmət və şəfqətin intizarı ilə öldü, siz onun rəsmində bu acı həyatını verin...
172 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.