Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Bir Gəncin Manifesti

Mir Celal

Bir Gəncin Manifesti Gönderileri

Bir Gəncin Manifesti kitaplarını, Bir Gəncin Manifesti sözleri ve alıntılarını, Bir Gəncin Manifesti yazarlarını, Bir Gəncin Manifesti yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Müsəlmanın iși belədir, xalça-palazı yük yerində çürüdər, özünün də canı çul üstündə çıxar!
"Bütün xoșbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir."
Reklam
Nә inzibat, nә mәhkәmә, nә şәriәt, nә qorxu, nә "insaf." Bunların hamısı soyğunçular dünyasının silah vә vasitәlәridir.
Sayfa 174Kitabı okudu
Göyün bәlaları Sonanın uşaqlarına bir şey edә bilmәzdi vә etmәmişdi. Göylәrdә elә bir bәla yox idi. Ancaq yerlәrdәn qalxıb göyün yeddi qatından keçәn bәlalar Sonanın balasını - Bahar kimilәri mәhv edirdi.
Sayfa 130Kitabı okudu
Baharın cırıq, köhnә papağı yolda, qar üstündә qaralırdı. O da sahibi kimi kimsәyә lazım deyildi.
Sayfa 129Kitabı okudu
Yalan deyirsәn ana, Baharın böyük tәqsiri var. Onun tәqsiri kasıblıqdır, kasıblıq.
Reklam
İnsan xəstə olanda ürəyi incələr. Bütün dost-aşnası, hətta uzaq tanışları da yadına düşər. Gözünü qapıya dikib yol gözlər, hər xırda şeydən əsəbləşər, inciyər, küsǝr.
Baharın böyük təqsiri var. Onun təqsiri kasıblıqdır, kasıblıq! Bu zəmanədə kasıblıqdan böyük günah nədir? Canın çıxsın, kasıb olma! Yıxıl öl, kasıb olma!
Əbülfət ușağı adamın atasını yandırar: Ağaməcid bilirsən kimdir? Hacı oğludur! Bahar bu acı həqiqəti uşaq ağlı ilə dərk etmişdi. Amma nədənsə ağacdan düşmək istəmirdi. Nədənsə o, gücünə yox, haqqına güvənmək istəyirdi. Hacı oğlu olmasa da, nökər olsa da, yetim olsa da tut ağacından düşmək istəmirdi.
"Bu sənə lazım olar, həmişə bala qundağı qucaqlamaq üçün hələlik silah qundağı tutmalısan, ay arvad!"
Sayfa 227Kitabı okudu
Reklam
Nədir bu? Sərbəst yaranan insanın boğazına daş basılır, deyən dili kəsilir, gözünə qara pərdələr asılır. Düşünən beyninə zindan kimi çəkiclə döyürlər. Deyəsən bizə məlum olmayan daşlıqlara tullayan kimi, insanı, zəhmət adamlarını da ana qucağından qovur bu zalımların qabağına qatırlar. Yazıq zəhmətkeş, sənin zəbt olunmayan, zorlanmayan nəyin qalmışdır! Axırda öz əcəlinlə ölmək səadətini də itirdin! Qulluğunda dəstəfərman durduğun ağalar səni hər gün məhrumiyyət, əzab içində işlədir, hər gün məhv etməyə çalışırlar. Bu gördüyün şəhərlər, keçdiyin küçələr, ayaqladığın torpaq sənə bir həqiqəti pıçıldayır: "Qorun!" Qorunmaq mümkündürmü? Yox, mollalar deyir, insanın çiynində məlaiklər oturmuşdur. Bu yalan deyil, yanlışdır. Çiynimizdə mələk yox, casuslar, cəlladlar oturmuşdur. Onlar bizi məhv etməyə fürsət axtarırlar. Budur, yazığı boğazlayırlar. Bu azğınlar, qatillər insanı nə bəlalara mübtəla etməmişlər?
Sayfa 197Kitabı okudu
Qara bəxtdən danışan Nəğmələri gəliniz, Böyük tabutlar ilə Biryolluq dəfn edək biz.
Sayfa 252 - Kitab KlubuKitabı okudu
Azadlığı qorumaq – onu fəth etmək qədər müqəddəsdir.
Sayfa 222 - Kitab KlubuKitabı okudu
Analar yanar ağlar, Dərdini sanar ağlar, Dönər göy göyərçinə Yollara qonar ağlar.
Sayfa 188 - Kitab KlubuKitabı okudu
183 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.