Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Gəncin Manifesti

Mir Celal

Bir Gəncin Manifesti Gönderileri

Bir Gəncin Manifesti kitaplarını, Bir Gəncin Manifesti sözleri ve alıntılarını, Bir Gəncin Manifesti yazarlarını, Bir Gəncin Manifesti yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Ürəkdən-ürəyə yollar açılsın...
Sayfa 103 - Kitab KlubuKitabı okudu
Gəl, ey gözlədiyim xilaskarım, gǝl! Ey azad həyatım, ilk baharım, gǝl! Gəl ki, qaranlıqda boğdular məni, Gəl göyüm, günəşim, ulduzlarım, gəl!
Sayfa 102 - Kitab KlubuKitabı okudu
Reklam
Həqiqətin gecəsi yoxdur, Gecənin də həqiqəti var!
Sayfa 68 - Kitab KlubuKitabı okudu
Ax, ağacda yarpaq, budaqda bir quş olaydım!
Sayfa 67 - Kitab KlubuKitabı okudu
Ey dərbədər gəzib ürəyi qan olan cocuq, Başsız qalıb ayaqlara üftan olan cocuq!
Sayfa 63 - Kitab KlubuKitabı okudu
Reklam
Oxucum, olmuşdurmu, olmuşdurmu ki, candan əziz ömür-gün dostunu, uşaqlıq, gənclik yoldaşını, sevinc, kədər yoldaşını, qəlb sirdaşını arzulamısan, axtarmısan? Axtarmısan, lakin sizi ayıran zaman, məkan, məsafə və hər hansı bir maneə görüşə həsrət qoymuşdur. Belə bir vəziyyətdə, gözlənilmədən, birdən-birə ürək sirdaşın ilə qarşılaşırsan. Burada adamın bütün qanı qəlbinə axır, ürək döyünür, gözlər böyüyür, sifət işıqlanır, güman edirsən ki, bütün arzuların qol açıb səni qucaqladı.
Sayfa 19 - Kitab KlubuKitabı okudu
Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.
Sayfa 6 - Kitab KlubuKitabı okudu
Həyat və azadlıq, ancaq onlar üçün hər gün döyüşə gedən adamlara layiqdir!
Sayfa 3 - Kitab KlubuKitabı okudu
Dağlar, bizə qar göndər, Əsirgəmə var göndər, Baharda selin olsun, Payızında bar göndər. Dağlar bayatıyam mən, İlin elatıyam mən, Yazın muştuluqçusu, Qanadlı atıyam mən...
Sayfa 4 - Kitab KlubuKitabı okudu
Reklam
Dama-divara çıxıb qanad çalan, üzünü günəşə tutub banlayan ağ, qırmızı xoruzlar, doqqazda eşələnən al-əlvan fərələr, qırt-qırt edən, analarının yanında xırdaca göbələk kimi görünən, civildəşən sarı cücələr nə qədər xoşbəxtdirlər. Onlara çörəyi cirə ilə vermirlər. Analarından ayırmırlar, isti yataqdan qovmurlar. Xış dərinə batanda onlar yıxılmırlar. Ayaqlarını zəncir kəsmir. Gözlərinə qılçıq dolmur...
Sayfa 66 - Kitab KlubuKitabı okudu
Höte
Həyat və azadlıq, onlar üçün hər gün döyüşə gedən adamlara layiqdir!
Sayfa 3 - Kitab klubuKitabı okuyacak
"Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir ,bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir "
Lev TolstoyKitabı okudu
264 syf.
·
Puan vermedi
Hamımıza məktəb vaxtından "Göz yaşı romanı "ndan Bahar obrazı tanışdır ,həmçinin "İtə ataram , yada satmaram "ın qəhrəmanı Sona ... Bu oxuduğumuz əsərlər "Bir gəncin manifesti " romanın hissələrindən biridir .Hər hissənin əvvəlində müəllif müxtəlif dahilərdən epiqraflar gətirmişdir . Bir gəncin manifesti
Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019236 okunma
Güclü və zalım qış qüvvəsini ancaq yoxsullara bildirirdi. Həyat öz soyuq şiddətilə kiminə divan tutur, ilıq ləzzətilə kiminə meydan açır, soyuq dövran öz qansızlığı və amansızlığı ilə davam edirdi. Yalnız o balaca və adamsız uşaq yox idi. Yenicə çiçəklənən Bahar, qışın cəngəlində məhv olmuş Bahar daha yox idi. Ondan acı bir xəyal qalmışdı. Baharın cırıq, köhnə papağı yolda, qar üstündə qaralırdı. O da sahibi kimi kimsəyə lazım deyildi...
184 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.