"Bir Şəhidin izi ilə" kitabı İmam Hüseyn hərəkatına və onun izi ilə gedən şəhid Mübariz İbrahimovun mübarizəsinə işıq tutur, o iki hadisədəki vacib mesajları çatdırmağa çalışır. Necə olur ki, əsrlər keçməsinə baxmayaraq İmam Hüseynin Aşura hərəkatı hələ də yaşamaqdadır? Görəsən bu əbədiyyətdəki sirr nədir? Necə olur ki, Mübariz adında bir gənc bir gecədə bütün azərbaycan insanın qəlbinə yol tapır, sevilir, böyük fəxrlə yad edilir? Bu təkbaşına olan hərəkatdakı hikmət nədir? "Bir şəhidin izi ilə" kitabı bütün bu sualların izinə düşür, onları cavablandırır.