Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir Sən Qədər

Əziz Yaqubzadə
Mən ən çox sənin sayəndə islandım, sıxıntılarıma çətir olacağını sanarkən.. Mən ən çox səndə yandım, bir içim su ümidilə həyatına girərkən.. Mən ən çox sənə aldandım, ən çox sənə inanarkən.. Mən ən çox səndə qaldım, sən bir anlıq da olsa mənə gəlməzkən... Mən hər şeydə səni gördüm, sənə görə gözəlləşdi dünya gözümdə, çoxlarına görə dünya bir qəpiyə dəyməzkən... Mən ən gözəl səni sevdim, bu gözəllikdə bir sevginin kölgəsində sevilmədiyimi görməzkən..
Əziz Yaqubzadə
Əziz Yaqubzadə
Bir Sən Qədər
Bir Sən Qədər
və mən səni 4/12/31/24/60 sevəcəm..
Bir Sən Qədər
Bir Sən Qədər
Reklam
Bir qadın sev...Makiyajla bəzənməyi deyil,kitab rəfini kitabları ilə bəzəməyi sevən, Qızıl qiymətinə olan ətirlərlə deyil, qızıldan da dəyərli Cavid,Müşviq, Dilbazi şeirləri qoxan. Ən şirin halları küsəndə dodaq büzmək, kitab oxuyarkən qaşlarını çatmaq olan. Səni dinləyəndə təbəssüm edərək dodaq qaçırdan, anlamayanda isə anlamsızca məsum-məsum üzünə baxan. Bir qadın sev... Gözləri Şövkət Ələkbərova mahnıları kimi hüzur verən, Çobanyastığı çələngləri belə saçlarının üstündə solğun görünən, Dodaqları yanaqlarına toxunanda bütün dərd-sərini söküb aparan, Əlləri yarana dəysə məlhəm olan. Gülüşünə dünyanın bütün xoşbəxtliklərini sığdıran Bir qadın sev... İtirməkdən dəli kimi qorxacağın, Saç uclarından ayaq barmaqlarına qədər heyran olacağın. Sevirəm desə səs tellərindən öpmək istəyəcəyin, Üz-üzə gəlsəniz dizlərinin əsəcəyi, Sadecə o var deyə dünyanın gözlərində göyqurşağından daha da rəngli görünəcəyi Bir qadın sev... Hətta gözlərindəki parıltını günəşin də qısqandığı, Kirpiklərinə göz yaşlarının belə qıymadığı. Onu doyunca seyr etməyə bir ömürun belə kifayətsiz qaldığı, Çiyinlərini dünyanın ən gözəl guşəsi sandığın. Digər qadınlardan fərqli olduğuna inandığın Bir qadın sev...
Bir Sən Qədər
Bir Sən Qədər
100 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.