Xoşbəxt olmaq üçün ən gözəl bir düstur deyim sizə. Özünüzü yaxşı tanımaq!
Bəli insan daxilindəki məni gözəl tanımalıdır . Ona nələrin təbəssüm gətirib gətirmədiyini gözəl bilməli və ən əsası nələrinsə vəya kiminlərinsə xoşbəxtliyi üçün özünün xoşbəxtlitliyibdən keçməməlidir . Bunu zaman sizə ən acı şəkildə göstərir və sübut edir . Və mənim öyrəndiyim ən qiymətli şeylərdən biridir . Kimsə üçün özünü məhv etməyəcəksən , xoşbəxt olmalısan ki xoşbəxt edəsən .
Lotos çiçəyi bataqlıqda, üfunətdə bitir. Lakin,buna rəğmən çox təmiz,gözəl,zərif bir görüntüyə və incə bir ətrə malikdir. Və bu çiçək mənim üçün çox özəldi. Sanki mənə "sən də bu dünyanın pisliklərinə rəğmən təmiz və gözəl qala bilərsən" mesajını verir.