Bitir Ürəyində Bəlkələrini...

Kamalə Məcidova

Bitir Ürəyində Bəlkələrini... Gönderileri

Bitir Ürəyində Bəlkələrini... kitaplarını, Bitir Ürəyində Bəlkələrini... sözleri ve alıntılarını, Bitir Ürəyində Bəlkələrini... yazarlarını, Bitir Ürəyində Bəlkələrini... yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Desəm ki, qəlbinin dustağıyam mən, Ruhunda həbs edib de, saxlayarsan? Saf, təmiz eşqimin ölçüsün bilsən, Qəlbindən çıxmamı yasaqlayarsan? Bu necə məhəbbət, bu necə sevda, Bir əlim günahda, biri savabda. Sualım gizlidir neçə cavabda, Sən mənə qəlbini bağışlayarsan? Səni ürəyimin hakimi bilsəm, Öz gizli dünyama alıb götürsəm. Sənsiz qoca dünya yaşanmır desəm, Mənə öz dünyanda yer elǝyǝrsən?
Nə gəl deyə billəm, nə də getmə sən, İstəsəm can deyib, canın olaram. Mən ancaq xəyalın gerçəkliyində, Ruhunda, qəlbində sənin olaram. Mən sənin dünyanın düşdüm sehrinə Qəbul edərsənmi məni ömrünə? Özgürlük eşqiylə yanan könlünə,
Reklam
Sevgilim, gəl mənə sevməyi öyrət, Bir eşqin yolunda ölməyi öyrət, Eşqin əzabına dözməyi öyrət, Ruhuma eşqindən bir zirvə ucalt, Təkcə unutmağı öyrətmə mənə. Axsın gözlərindən qəlbimə sevgi, Duyum kədəri də, öyrət sevinci. Lap belə incidib küsdür özündən, Hərdən də bezikim çıxıb özümdən Təkcə unutmağı öyrətmə mənə. Mən haqq aşiqiyəm, qəlbim sevdalı, Ruhum sevgi dolu, dilim dualı, Öyrət necə olur sevgi masalı Aşiqtǝk oduna yanmağı öyrət Təkcə unutmağı öyrətmə mənə. Səndən istədiyim vəfa, etibar, Bilirəm bu yolda çətinlik də var. Qəlbimdə inam da, sədaqət də var Səninlə qəmlənib, gülməyi öyrət, Təkcə unutmağı öyrətmə mənə.
Mənə bir az səndən danış.
Mənə bir az səndən danış... Heç bitməyən məhəbbətdən, Saf niyyətdən söz aç bir az. Üstündən keçsə də illər, Azalmayan özləmindən Həsrət qoxan sitəmindən. Yollarıma çıxdığın gün, Oğrun-oğrun baxmağından.
Demə ki, nə vaxtsa unudulacam, Bir eşq məbədini unutmaq olar? Sən ki, ürəyimsən mənim, sevgilim, Ürəyi çıxarıb atmaqmı olar? Məhəbbət möhtəşəm saraya bənzər, Təməli düzlükdən qoyula gərək. Sevgi iki gəncin qəlbini gəzər, Onu yad nəfəsdən qorumaq gərək Yolların hamısı hamar ki, deyil, Ömrün yolları da əyri, dolanbac. Kamalə eşqində vəfasız deyil, Gəl saf eşqimizi birgə qoruyaq!
22 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.