Bitir Ürəyində Bəlkələrini...

Kamalə Məcidova

Sözler ve Alıntılar

Tümünü Gör
Desəm ki, qəlbinin dustağıyam mən, Ruhunda həbs edib de, saxlayarsan? Saf, təmiz eşqimin ölçüsün bilsən, Qəlbindən çıxmamı yasaqlayarsan? Bu necə məhəbbət, bu necə sevda, Bir əlim günahda, biri savabda. Sualım gizlidir neçə cavabda, Sən mənə qəlbini bağışlayarsan? Səni ürəyimin hakimi bilsəm, Öz gizli dünyama alıb götürsəm. Sənsiz qoca dünya yaşanmır desəm, Mənə öz dünyanda yer elǝyǝrsən?
Sevgilim, gəl mənə sevməyi öyrət, Bir eşqin yolunda ölməyi öyrət, Eşqin əzabına dözməyi öyrət, Ruhuma eşqindən bir zirvə ucalt, Təkcə unutmağı öyrətmə mənə. Axsın gözlərindən qəlbimə sevgi, Duyum kədəri də, öyrət sevinci. Lap belə incidib küsdür özündən, Hərdən də bezikim çıxıb özümdən Təkcə unutmağı öyrətmə mənə. Mən haqq aşiqiyəm, qəlbim sevdalı, Ruhum sevgi dolu, dilim dualı, Öyrət necə olur sevgi masalı Aşiqtǝk oduna yanmağı öyrət Təkcə unutmağı öyrətmə mənə. Səndən istədiyim vəfa, etibar, Bilirəm bu yolda çətinlik də var. Qəlbimdə inam da, sədaqət də var Səninlə qəmlənib, gülməyi öyrət, Təkcə unutmağı öyrətmə mənə.
Reklam
Ürəyim sevgiylə doludur, ancaq, Səni görən zaman tutulur nitqim. Qəlbimdə bu eşqin közü qalacaq, Başına bəladır bəlalı sevgim. Hərdən fikirlərə qərq olur könlüm, Sənə bağlı olan xatirələrlə. Deyirəm, hicrana, möhnətə dözüm, Sınaqdan mərd çıxmış məhəbbətimlə. Sən mənə əzizsən, doğmadan-doğma, Heyranam müqəddəs məhəbbətinə. Qəm adlı bir yükü yaxına qoyma, Qoy şadlıq qarışsın səadətinə. Sən elə ucasan mənim gözümdə, Ürəyim səninçün yanan şam olsun. Ucal, mənim gülüm, ana Vətəndə Qismətin həmişə səadət olsun.
Nə gəl deyə billəm, nə də getmə sən, İstəsəm can deyib, canın olaram. Mən ancaq xəyalın gerçəkliyində, Ruhunda, qəlbində sənin olaram. Mən sənin dünyanın düşdüm sehrinə Qəbul edərsənmi məni ömrünə? Özgürlük eşqiylə yanan könlünə,
Mənə bir az səndən danış.
Mənə bir az səndən danış... Heç bitməyən məhəbbətdən, Saf niyyətdən söz aç bir az. Üstündən keçsə də illər, Azalmayan özləmindən Həsrət qoxan sitəmindən. Yollarıma çıxdığın gün, Oğrun-oğrun baxmağından.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.