Dekabr, sənə heç şeir yazmadım, ilin ən soyuq, ən umudsuz ayı - bəlkə sən olmasan bu qədər sevməzdik günəşi, yayı. Ancaq soyuqluğunda bir hikmət var - hər şeyi dondurub saxlamaq istəyirsən, həyatın açılıb-saçılmasına qarşısan, bəzən öldürərək edirsən bunu, əlbəttə, bilmədən. Dekabr, sən yaxşısan!