Puan

710 üzerinden
11 kişi
7/10
·224 syf.··
2025 22. kitabı
·
7 günde okudu
·
Okunma: 29 Eylül 2025 09:14
Kitab üç bölümdən ibarətdir. Birinci və ikinci bölümlər maraqlı və oxunaqlı idi, hadisələrin gedişatı məni cəlb etdi. Lakin üçüncü bölüm artıq bir qədər uzadılmış kimi göründü, bəzi yerlərdə sanki süjet süni şəkildə yavaşıyırdı. Oxuduqca elə bil bir film izləyirmişəm kimi hiss yarandı, amma bu, bəzən sıxıcı da ola bilirdi. Əsərdə təsiredici məqamlar var idi, amma mənim üçün xüsusi bir “vao effekti” yaratmadı. Yəni oxucuya emosional təsir gücü var, amma məndə dərin iz buraxmadı. Ümumilikdə, Boy sadə üslubla yazılmış, qısa həcmli və fərqli bir mövzuya toxunan bir əsərdir. Mövzu maraqlı olsa da, ifadə tərzi daha güclü ola bilərdi. Buna baxmayaraq, oxucunu düşündürən və müzakirəyə açıq bir kitabdır.
BoyWytske Versteeg · Strauss nəşriyyatı · 202528 okunma
Puan vermedi
Əsəri bitirdikdən sonra uzun müddət kimin haqlı, kimin günahkar olduğunu düşünə bilmədim. Çünki Boy sadəcə bir uşağın hekayəsi deyil, görünməyən travmaların, susqunluğun və sevgidəki səhvlərin faciəsidir. Valideyn övlad münasibətləri ilə yanaşı, şagird-müəllim münasibətlərinin də fərqinə vardım. Bir müəllimin baxışı, bir cümləsi, ya da susqunluğu bir uşağın yaddaşında ömürlük iz buraxa bilər. Boy əsərində müəllimlər isə ya laqeyd, ya sərt və tələbkar, ya da tamamilə duyğusuz tiplərdə təsvir olunurlar. Heç kəsi qınaya bilmirəm çünki bəzən ən ağır zərbələri sevgi adıyla alırıq. Bu əsər mənə bir çox şey öyrətdi, hansı ki, valideyn olmaq, sevmək deyil,başa düşməkdir. Bəzən övladlar “mükəmməl” ana ataya yox, sadəcə dinləyən və qəbul edən böyüklərə ehtiyac duyur.
BoyWytske Versteeg · Strauss nəşriyyatı · 202528 okunma