Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bu Fürsəti Qaçırma

Seymur İlyasov

Öne Çıkan Bu Fürsəti Qaçırma Gönderileri

Öne Çıkan Bu Fürsəti Qaçırma kitaplarını, öne çıkan Bu Fürsəti Qaçırma sözleri ve alıntılarını, öne çıkan Bu Fürsəti Qaçırma yazarlarını, öne çıkan Bu Fürsəti Qaçırma yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
600 saata nələr etmək mümkündür? Dama-dama göl olar misalı.
Statistikaya görə, insan gün ərzində iki saatdan çox zamanını sosial mediada keçirirsə, ildə 600 saat edir.
3 mərhələni yerinə yetirsək həqiqətən inkişaf edərik.
Planlamanın və hədəfi müəyyənləşdirməyin 3 mərhələsi var. 1. Keçmişdəki datalar önəmlidir. 2. Keçmişlə yanaşı, bu gün olub bitənləri və yaşananları da nəzərə almalı 3. Gələcəyi və hədəfləri düşünməli və proqnozlaşdırmalıyıq.
Reklam
İnsanı həvəsdən salan ilk xətası yox, onu təqib edən xətalar zənciri olur. Bir şeyi bir dəfə əldən vermək qəzadır. İkinci dəfə bunu təkrarlamaq isə artıq yeni bir vərdişin başlanğıcıdır.
Coşua Reynoldsun da qeyd etdiyi kimi, düşünmək bizə sərf etmir. Müşahidə etməyin, sual verməyin, tutarlı fikirlər formalaşdırmağın sancılı prosesinə qatlanmaqdansa, reklamsayağı şüarlarla sərbəstliyimizi əldə edə biləcəyimizi zənn edirik.
Böyümək və ya dəyişmək çətin, məşəqqətli və sancılı prosesdir. Amma heç bir şey səhv yerdə qalmaqdan daha sancılı deyil.
Saymon Sinekin " Qızıl dairə" adlı çıxışı vardı. Bu dairənin mərkəzində "niyə", sonrakı mərhələdə "necə", sonuncu mərhələdə isə "nə" sualı dayanır. Hər hansı bir cəhdi edərkən addım atmağa səbəb məhz düşüncədəki "niyə" sualıdır. Çox adam bu sualı soruşmur. Əgər bir səbəbiniz varsa, addım atmağa başlayırsınız və irəliləyərkən önünüzə hər hansı bir əngəl çıxdıqda "niyə" sualı bu əngəli keçməli olduğunuzu bildirir.
Reklam
İnsan beyni təxminən 2.5 petabayt yaddaşa malikdir. 1 petabayt 4.7 milyard kitaba və ya 670 milyon veb səhifəyə bərabərdir.