Bülbülü Öldürmək

Harper Lee

Bülbülü Öldürmək Reviews

You can find Bülbülü Öldürmək reviews, Bülbülü Öldürmək book reviews, Bülbülü Öldürmək ratings on 1000Kitap.

Score

8.4Out of 10
18.6k People · 2916 Review
359 syf.
9/10 puan verdi
·
Read in 13 days
İrqi ayrıseçkiliyə qarşı yazılmış bir kitabdır. "Bülbülü öldürmək". Əsərin adından belə çıxır ki, sənə zərəri dəyməyən, varlığı sənə toxunmayan canlılara dəyib dolaşmaq, öldürmək günahdır. Necə ki bülbülü öldürmək günahdır.. Balaca, 8 yaşlı qız uşağının dilindən yazılmasına baxmayaraq cümlələr, işarə edilən mənalar, hadisələrə kiçik uşağın gözü ilə baxmaq da çox maraqlı idi. Əsas obrazlar Cim, onun kiçik bacısı Cin (İtigöz), onların vəkil atası Attikus, aşpazları qara dərili qadın - Kelpurniya və hər yay Meykomba gələn Dilldir. Uşaqlarının gözündə həmişə şərəfli bir insan olan Attikus bu dəfə də onların gözünün içinə dik baxmaq üçün əlindən gələni edir. Köməksiz qara dərili Tom Robinsonu hüquqi müdafiə edir. Tomu ağ dərili bir qızı zorlamaqda ittiham edirlər. Əslində isə bu şikəst bir qaradərili üçün imkansızdır. Bütün bunlar yəqin ki qızın atasının qurmasıdır. Həmin gündən Bob Yuel( qızın atası) bizim qəhrəmanlara düşmən kəsilir. İki günahsız körpənin üzərinə hücum çəkilərkən isə sirli qüvvə onlara köməyə gəlir :) Hansı ki insanların ən təmizidir... Çatdırılan ideya olduqca gözəl idi: nəyin ki sənə zərəri dəymir, onu axı niyə incidəsən? Niyə hədələyə, niyə qorxudasan?
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Bakumoz Nəşriyyatı · 201772.9k okunma
359 syf.
·
Not rated
·
Read in 29 days
Çox vurucu bir mövzusu var idi desəm yalan olar. Lakin oxucunu özünə cəlb etməyi bacarıb bu kitab. Bəzi cümlələri həqiqətən həyatdakı bəzi hadisələrin aynası kimidir bir növ. Və ən əsası bu kitabı oxuyarkən dəqiqələrin necə keçdiyi hiss olunmur.
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Bakumoz Nəşriyyatı · 201772.9k okunma
Reklam
448 syf.
8/10 puan verdi
·
Liked
Ən yaxın dostlarımdan biri demişdi ki, Amerikanın indiki vəziyyəti bizim hardasa 200 il sonraki vəziyyətimizdir. Əvvəllər bu fikrin həqiqəti əks etdirdiyini düşünürdüm. O zaman sadəcə bu fikrə bir prespektivdən: mentalitet cəhətdən yanaşırdım. Əslində bu belə deyil. ⠀ Roman Amerikanının Alabama əyalətində keçir amma bəhs edilən mövzu daha doğrusu
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Bakumoz Nəşriyyatı · 201772.9k okunma
359 syf.
10/10 puan verdi
·
Liked
"Hadisələr ötən əsrin 30-cu illərində ABŞ-ın Alabama ştatında baş verir. O vaxtlar irqçiliyə qarşı mübarizə bu qədər kəskinləşməmişdi. Əsər balaca bir qızın dilindən səslənir. Bu hekayədə onun qardaşı Cimmi, dostu Dill, atası dürüst, prinsipial, köhnə "cənub aristokratiyasının" sonuncu ən yaxşı nümunəsi, vəkil Attikus Finç də var. Əsərdə hər şeydən əvvəl Amerika tarixinin dönüş nöqtəsi öz əksini tapıb" Əsərin mövzusunu çox sevdim. İrqçilik, təəssüf ki, bu gün yaşanan bir problemdi. Və bu təkcə cahillər arasında deyil, oxumuş insanlar arasında da çoxdur. İnkişaf etmiş ölkələrdə bu problem özünü kəskin şəkildə göstərir. Hələ də Amerikada polislər qaradərililərə təzyiqlər göstərirlər. Bütün bunlar bu gün dünyanın mədəniyyət mərkəzi, inkişaf mərkəzi dediyi yerdə baş verir. İnkişaf etmiş ölkələrin bəzilərində millətçilik elə həddə çatıb ki, başqa millətlərə əziyyət edirlər. Bütün bu hadisələrə baxıram, bir də 7-ci əsrdə gəlmiş bir dinə baxıram və əsl demokratiyanı onda görürəm. Peyğəmbər (s) heç vaxt irqi ayrı-seçkilik etmədi, Bilal onun ən yaxın səhabələrindən biri oldu. Digər millətlərə heç bir zərər verilmədi. Yəhudilər müsəlmanlara əziyyət vermədikləri təqdirdə onlarla birgə öz torpaqlarında yaşadılar. Ümid edirəm ki, bir gün insanlar əsl üstünlüyün irq, cins, milliyət, var-dövlətlə bağlı olmadığını, insanlıqla bağlı olduğunu anlayarlar
Bülbülü Öldürmək
Bülbülü ÖldürməkHarper Lee · Bakumoz Nəşriyyatı · 201772.9k okunma
355 syf.
8/10 puan verdi
Son zamanlarda sıklıkla rastladığım bir kitaptı Bülbülü Öldürmek. Bir modern klasik fakat daha çok ‘klasik’ tadında. Neredeyse yarısına yakın bir kısmının Oliver Twist vasatlığında olduğunu söyleyebilirim. İkinci bölüm beni kitaba bağlayan etken oldu ve sonuç olarak beğendim. Kitap, 1930’ların Alabama’sında geçiyor. 9 yaşındaki bir kız çocuğu
Bülbülü Öldürmek
Bülbülü ÖldürmekHarper Lee · Sel Yayınları · 201472.9k okunma
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.