Bəyaz Gecələr

Fyodor Dostoyevski

Comments and Reviews

See All
112 syf.
·
Not rated
Dostayevskinin maraqlı əsərlərindən biri .Oxumaq həqiqətən zövq verən bir əsər idi. Obrazları ayrı ayrılıqda təhlil edəcək olsam:Baş qəhrəman olduqca xəyalpərəstdir. Həqiqətən əsər boyu onun saf duyğuları hiss olunur. Nastya ilə olan münasibəti o qədər səmimidir ki , insana xoş duyğular aşılayır. Nastyaya qarşı hisləri yaransa da bunları gizlətməyi bacarır , heç bir qarşılıq gözləmədən ona mənəvi yardım göstərir. Nastya əsərin əvvəlində baş qəhrəmana ona qarşı nəsə hiss etməməsini demişdi, lakin sonda əslində qəlbində keçmiş sevgilisi olduğu halda baş qəhrəmanın sevgisinə cavab verir.Bu baş qəhrəman üçün həyatındakı ən böyük ümid idi. Lakin Nastya müəyyən qədər eqoist xarakterdir düzdür bəzən onu başa düşmək olar ,ancaq sadəcə özünü öz xoşbəxtliyini düşünməsi heç də haqq qazandırılacaq xüsusiyyətlər deyil. Bir anda baş qəhrəmana sevgi etirafı edib onu zirvələrə çıxardıb , böyük xoşbəxtlik vəd edib , keçmiş sevgisini gördüyü anda onu tərk etməsi olduqca təsirli səhnədir.Bütün bunlara baxmayaraq baş qəhrəman Nastyanı bağışlayır ,hətta onu sevməyə davam edir. Əsər boyu baş qəhrəmanın nə qədər fədakar olduğunu görürük və sondakı bu addımı belə nə qədər fədakar olduğunu deməyə yetir. Ümumilikdə gözəl əsərdir, oxunmağa dəyəcək əsərdir. Və deyə bilərəm ki reallığı göstərən əsərdir.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Parlaq İmzalar · 202374.7k okunma
Reklam
112 syf.
10/10 puan verdi
·
Read in 4 days
Bəyaz Gecələr ♡
Beyaz Geceler Dostoyevski ile tanıştığım ilk kitap oldu ve söylemekten mutluluk duyarım ki, beni derinden etkileyen bir eserdi. Kitabı okurken duygularıma hakim olmakta zorlandım ve sonunda gözyaşlarımı tutamadım. "Beyaz Geceler", tadı damakta kalacak türden bir kitap. O kadar içten ve etkileyici ki, herkesin okumasını şiddetle tavsiye ederim. Dostoyevski'nin sade dilinde ve samimi üslubunda yazılan bu eser, okuyucuyu bir duygusal yolculuğa çıkarıyor ve kalplerimizi dokunaklı bir şekilde titreten bir hikaye sunuyor. Benim için "Beyaz Geceler", unutulmaz bir deneyim oldu ve umarım başkaları da bu muhteşem kitaptan aynı şekilde etkilenir. ♡
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Parlaq İmzalar · 202374.7k okunma
112 syf.
10/10 puan verdi
·
Read in 8 days
Bir az gec oldu...
Haradan və necə başlayacağımı, həqiqətən, bilmirəm, çünki əsərlə o qədər doğmalaşdım ki, son səhifəyə çatdığım an ən əziz dostumu itirmiş kimi hiss etdim. Dostoyevski mənim üçün hər zaman əziz idi, fəqət bu əsərdən sonra onun mənim qəlbimdə olan yeri "əziz" kəliməsi ilə ifadə edilməyəcək qədər böyükdür. Əsərdə tənha yaşayan, xəyalpərəst
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Parlaq İmzalar · 202374.7k okunma
112 syf.
·
Not rated
·
Read in 5 hours
Ağlatdı bu əsər, çox ağlatdı(( həssas insanlara daha çox təsir edəcək bir əsər yazıbmış Dosto baba. Adını belə bilmədiyimiz "xəyalpərəst gənc"in yaşantılarından çox sarsıldım(
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Parlaq İmzalar · 202374.7k okunma
Reklam
112 syf.
7/10 puan verdi
·
Read in 8 hours
"Bəyaz gecələr"
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
"Bəyaz gecələr"i sadədil bir insanın nakam məhəbbətindən bəhs edir.İnsan təkdir,gücsüzdür,lakin sevgi onu bircə anda elə dəyişə bilər ki,gəl görəsən... "Bəyaz gecələr" sevginin gücü,sonsuzluğu,umacaqsızlığı barədə yazılmış ən yaxşı melodramdır- su kimi axıcı,üzücü və romantikdir.Ruhunuzun ən gizlin yerlərində qoruyub saxladığınız süxurları titrədə biləcək və gözlərinizi yaşardacaq bir simfoniyadır. Öz şəhərinizin,kəndinizin,küçənizin sehirli gecələri yadınızdamı? Gecələri ülvi,saf duyğularınızın çulğalaşmasından sonra yaşadığınız peşmançılıq,uğursuzluğun acı təəssüratları,gündüzləri sizi üzdümü? Bundan sonra toparlanacağınıza,daha güclü,daha yaxşı olacağınıza söz verdinizmi? "Bəyaz gecələr"in qəhramanı bax beləcə həssas,qəribə və romantikdir,lakin nakam sevgi onu daha da gücləndirə,yeni həyata sövq edə bilir.Bu qəhraman məcnunsayağı ölməyi yox,yaşamağı,yaratmağı,lakin heç vaxt unutmamağı seçir.
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Parlaq İmzalar · 202374.7k okunma
112 syf.
9/10 puan verdi
·
Liked
Oxuduğum qısa amma öz, təsiri güclü, hüzünlü, ponçik bir əsər idi. Dostoyevski və başqa rus yazıçılarından qorxuram düzü, çünki yazı üslubları ağır olur. Amma bu kitab o qədər axıcı idiki, indi bitdi deyə kədərliyəm. Əslində bu əsər nə qədər romantik olsa da, düzü məni o qədər də sıxmadı, əksinə görəsən axırları nə olacaq deyə maraqdan ölürdüm. Əsərdə əsas 2 obraz var və belə baxanda hər ikisi də xəyalpərəstdir demək olar. Bircə bunu anladımki nə olur olsun insan sevdiyinə sadiq olmalıdır. Çünki, belə xainlik iki tərəfin də qırılmasına səbəb ola bilər. Birdəki nakam sevgi də ağır hissdir. Birdəki səni çox istəyirəm ilə səni sevirəm arasında incə cizgi var. Xətrini çox istədiyiniz adama səni sevirəm zad deməyin yoxsa işlər qarışır...
Bəyaz Gecələr
Bəyaz GecələrFyodor Dostoyevski · Parlaq İmzalar · 202374.7k okunma
218 syf.
·
Not rated
KALDIN YİNE BİR BAŞINA
Zalim kadın Nastenka güldürmedin yüzünü garibin ne dil döktü oysa dört gün boyunca sana görünce kırığını köprü başında kanatlandın alık kuşun kanadıyla uçup gittin, koydun garibi bir başına
Beyaz Geceler
Beyaz GecelerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202074.7k okunma
218 syf.
·
Not rated
Ne uzun bir zaman dilimidir insan ömründe bir anlık mutluluk.
'Beyaz geceler' derin bir yalnızlıkla pençeleşmemiş insanların anlayamayacağı kadar hüzün dolu... Yalnızlık, aşk, sonra yine bol bol yalnızlık üzerine kaliteli bir hikaye. Bölümlere 4 gece diye ayrılsa da toplamda 6 gecelik bir zaman diliminde geçmekte ve sabahleyinde son bulmaktadır. Beyaz geceler ismi de malum hepiniz biliyorsunuz;
Beyaz Geceler
Beyaz GecelerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202074.7k okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.